"Hörmətli Fikrət müəllim!
Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 01.09.1998-ci il tarixli 2-2371/98 â„–-li Qətnaməsi (hakim: N.Sarokina) ilə AR Sərhəd Qoşunlarının (indiki Dövlət Sərhəd Xidmətinin) 2001 â„–-li hərbi hissəsindən 23500000 manat məbləğində (indiki kursla 4700 AZN) dəymiş maddi ziyanın tutulub mənə ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi 11.09.1998-ci ildə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. 19.06.2015-ci il tarixdə işə Nərimanov rayon Məhkəməsi tərəfindən qət edilmiş məbləğ indeksasiya olunmuşdur. Lakin qətnamə cavabdeh Dövlət Sərhəd Xidməti tərəfindən artıq 17 ildir ki, icra olunmur. Nərimanov rayon icra şöbəsinin rəisi isə məhkəmə qətnaməsinin icrası ilə bağlı sənədlərin itirildiyini əsas gətirərək qətnamənin icra olunması istiqamətində heç bir tədbir görmür.
Bir sözlə, Azərbaycan Dövləti adından çıxarılış məhkəmə qərarı Nərimanov icra şöbəsinin və Dövlət Sərhəd Xidməti rəhbərliklərinin günahı ucbatından 17 ildir ki, icra edilmir".
Məhkəmə qərarının icrası üçün müvafiq göstəriş verməyinizi xahiş edirəm".







































































































