Qəribliyin özündə bir qəriblik...

Hazırda oxunan: Qəribliyin özündə bir qəriblik...

101792
Moderator.az xəbər verir ki, bu gün inform.az -ın “Qəriblikdə kimimiz var”x9d rublikasının qonağı siyasi şərhçi İnqilab Şirinbəylidir.

- İnqilab müəllim, əvvəla xoş gəlmisiniz. Sizinlə həmsöhbət olmaq, maraqlı mövzulara açıqlama gətirmək çox xoşdur. Sizi iki il öncə ElTv kanalında tanımışam. Baxmayaraq ki, həmin ərəfədə söhbətimiz çox qısa oldu. Amma, maraqlı insan olduğunuz diqqətimdən qaçmadı.xa0
Sizə dünyada yaşayan soydaşlarımızla bağlı olan layihələrimiz haqqında danışmışam. Əslində, söhbətimiz diaspor təşkilatlarımızla bağlı problemlərin həlli yolları ilə bağlı idi. Amma, bu söhbət bizi hardan-hara apardı. Və mən “Qəriblikdə kimimiz var”x9d layihəmizin formatında bir az dəyişiklik etmək qərarına gəldim. Beləliklə, keçən əsrin 30-cu illərinə söykənən söhbətimizi oxucularımızla da paylaşaraq İzmirdə yaşayan əminiz uşaqlarının axtarışına start verməyi planlaşdırdıq.xa0
1939-cu il Şirinovlar ailəsinin yaddaşında hansı acı xatirənin izlərini saxlayıb?

Qəribliyin
- Bildiyimiz kimi Azərbaycanın dovlət səviyyəsinə çatması üçün zaman-zaman keçdiyi bir yol var. Əsrin əvvələrindən başlayan tarixi , xronoloji ardıcıllıqla xalqımızın üzləşdiyi və xüsusilə 1918-1920-ci illərdə baş verən hadisələr Azərbaycan Demokratik Cümhuriyyətinin süquta uğraması və ondan sonrakı repressiya dövrü...
Bütün bunlar Azərbaycan xalqı üçün çox keşməkeşli bir dönəm olub.
Və təbii ki, bu məsələdə hazırki dovrlə müqayisədə soydaş olaraq itirdiyimiz çox dəyərli insanlarımız olub.
Bir çoxu “Azərbaycan”x9d deyərək son nəfəsdə nisgillə gözlərini yumublar, bir ömür Azərbaycani müstəqil görmək, ən azından son nəfəsdə vətənin havasini udmaq ümidi ilə yaşayıblar. Mənim də onunlı bağlı nisgilli, yanıqlı tərəfim var.
Bu nədən ibarətdir?
Atamın əmisi 1939-cu ildə Fin müharibəsinə göndərilib. Baxmayaraq ki, onun yaşı az olub amma kulak oğlu, yəni bəy oğlu olduğu üçün hətta hərbi xidmət yaşında belə olmayıb. O zaman ailəsinə - yəni keçmiş bəy ailəsinə zərbə vurmaq üçün sovet ideologiyasindan qaynaqlanaraq NKV-nin təkidi ilə on beş yaşında Fin müharibəsinə gondərilib. Ordan sonra da Böyük Vətən müharibəsi başlayib, əmim həmin müharibədə də iştirak edib. 1945-ci ildə müharibə bitdikdən sonra onların vətənə qayitmaq məsələsi çıxıb ortaya.xa0
O zaman Rəhimin ”“atamın əmisinin 1939-cu ildən 1946-cı ilə kimi valideynləri ilə əlaqəsi olmadığı üçün ailəsinin artıq öldüyünü düşünüb. Çünki, o Fin müharibəsinə gedən zaman atası Sibirdə sürgündə olub, ailənin böyük qardaşı siyasi dustaq kimi həbsə atılıb. Ailənin bütün varidatını əllərindən alıblar. Hətta ailənin ən minimal şəraitdə yaşaması üçün imkanı olmayib.
Səkkiz-doqquz nəfərlik ailəyə yalnız bir yorğan, bir döşək bir də yastıq veriblər.
O zaman da Rəhim düşünüb ki, qardaşım həbsdə, atam da sürgündə, digər ailə üzvlərim də yəqin aclıqdan, susuzluqdan ölüb . Heç bir əlaqə də yox. Beləcə o rəsmən sovet İttifaqindan imtina edir və onun qarşısına seçim qoyurlar.Hansı ölkədə yaşamaq istəyər deyə. Beləcə, o Amerikanın Çikaqo şəhərində yaşamaq izni alır.
O cəmi altı ay Çikaqoda yaşayır və Amerika mühitinə bir türk olaraq heç cür alışa bilmir. Çikaqodan da imtina edir və Türkiyəni seçir. Çünki bu ölkəni özünə daha yaxın, daha doğma hiss edir.
Gəlir İzmir şəhərinə və həyatının sonlarına kimi də bu şəhərdə yaşayır.
Orda bir Türk xanımı ilə evlənir.Və həmin nigahdan onun dörd oğlu bir qızı olur.
Orda çalışdığı işin imkanlarından istifadə edərək o əllinci illin əvvəllərində onun doğma yurdu olan Kəlbəcər rayonunun Abdullauşağı kəndinə bir məktub yollayır.
O zaman gizli poçtla həmin məktub gəlir. Babam o zamankı DTK-nın əməkdaşları tətəfindən dəvət olunur rayon mərkəzinə. Və o rayona gedəndə düşünür ki, keçmiş “kulak”x9ddı, qolçomaqdı deyə ,yəqin yenə də nəsə var.
Beləliklə babamla sorğu-sual başlayir:”x9d Bəs sənin xaricdə Rəhim adında qardaşın yaşayirmi?”x9d Bu da deyir ki, o Fin müharibəsinə gedəndən sonra 1939-cu ildən onunla heç bir əlaqəmiz olmayıb.
Hətta babamgil Rəhim üçün öldüyünü sanaraq yas mərasimi də veribmişlər.
Məlum olur ki. Rəhim sağdır və Türkiyənin İzmir şəhərində yaşayır.Təbii ki, babam bu xəbəri çox böyük sevinclə qarşılayır və qayıdıb gəlir bütün qohum əqrabalari yığıb bu şad xəbəri verir. Beləcə, ailənin Rəhimlə gizli məktublaşmaları 1968-ci ilə kimi davam edir.(Həmin məktublardan birini oxucularımıza təqdim edirik. Onu da qeyd edək ki, məktub necə yazılıbsa eləcə də təqdim olunur)
Qəribliyin
“Mənim hörmətli atam Şirin və qardaşım Məhəmməd.
Məhəmməd, ən əvvəla hörmətli salamlarımı sizə bildirirəm. Sən də məni soracaq olsanız, çox şükürlər olsun Allaha, bu məktubu sizə yazana qədər sağ və salamat varam.
Çox-çox yaxşıyam məndən heç nigaran olmayın.
Məhəmməd, 23/5-59-tarixli yazmış olduğunuz məktubu 4/5-1959 tarixdə aldım çox-çox sevindim; sanki sizi görmüş kimi oldum.
Allah hər zaman sizi şad eyləsin, Məhəmməd. Mənim sənə bir arzum var, o da siz orada 3 qardaşsınız. Atam əgər həyatdadırsa ona yaxşı baxın. İndi o çox qocalmışdı o bizi saxladı cəfamızı çəkdi mən ona baxammadım.
Qədərin yazısı beləymiş, ümid Allahdan kəsilməz. Kərəm Bahadır atamı yaxşı saxlasınlar.
Məhəmməd, bu məktubun cavabını yazanda atanın və bütün uşaqların şəklini mənə göndərin, mən hər zaman sizə məktub yazaram.
Məndən salam söylə atama, Kərəmə Bahatura, Kimyə, Sayata, Xurmya, Sənəmə, Ağcaya, Kamrana, Kambaya Əliyə, Fahrətdinə, Kamilə, Məhərə, Xosrova balaca Xanımqıza bütün qohum əqrabalara bu məktubu oxuyan qulaq asanlara.
Hörmətli səlamlarımı bildirirəm xudafiz edib əlini sıxıram. Həpiniz bir yerdə (fotoqrafınızı)şəklinizi bəklərəm.
10/5-1959. İzmir, Türkiyə
Rahim Şirin oğlu


Bir şəkil göndərdim məni andıqca bakarsınız. Bu köhnə şəklimdi, yenisin çəkdirib bir yerdə sizə göndərəcəm bu şəkil 49 sənəsinin.”x9d
Aldığımız məlumata görə 1968-ci ildə Rəhim bir qəza nəticəsində xəsarət alır və vəfat edir.
O yazdığı məktublarda və şəkillərin arxasında öz şeirlərindən yazıb göndərir. Bunlar vətən həsrətli misralardan ibarət olur.
Bizdə olan məlumata görə onun xeyli yazıları, şeirləri qalıb. Məsələn, mən şəkillərin arxasında görmüşəm həmin yazıları. Təəssüf hissi keçirirəm iki-üç şəkil təsadüf nəticəsində gəlib hal-hazırda əlimizdə var. O şeirlər özünün bədii yükünə görə, bədii ifadə vasitəsinə görə çox təsirlidir. O şeirləri oxuyan zaman insanın içindən bir hüzn keçir. Amma, təəsüflə qeyd edim ki, həmin şəkilləri alboma yapışdırdığımız üçün, o şeirləri sizlərə təqdim edə bilmədim.
Rəhim əmim zaman-zaman vətən həsrətiylə yaşayıb və ömrünün son 16 ilini xəstəliklə keçirib. Bu xəbəri də qohumlar qızı Zəhranın məktubu gələndən sonra biliblər :
Qəribliyin
“Kiymetli Amcacığım Bahadur.
Nasılsınız, iyimisiniz iyi olmanızı ulu Tanrıdan dilerim. Sizin gönderdiyiniz mektupları aldım fakat okumadık. 23-12-68 tarihli mektubunuzu okuduk. Onu türkce yazmışsınız.Babamı soracak olsanız o öldü. Babam 16 senedir hastaydı. Size, üzülürsünüz diye söylemedi. Hep hastahanede yatıyordu. Babam 08-05-68 de öldü.
Şimdi 5 kardeş kaldık. Allah yardımçımız olsun. Bizi mektupsuz bırakmayın. Eger bize mektup gönderseniz türkce yazın. Kardeşlerim Hasan, Hüseyn, Savaş, Resul hepsi ellerinizden öperler.
Annem ve ben çok-çok selam söyler.
Orada bizi tanıyan ve babamın arkadaşlarına da çok selam söyler, ellerinden öperiz. Öz qardaşın Rahim qızı Zehra Şirin.
Cevabınızı bekliyorum.
12.I-69”x9d

Hər zaman “Allah mənə möhlət versin Azərbaycanı görüm”x9d dualarıyla yaşayıb. Təəssüf ki, o Azərbaycanı görə bilməyib.
Əfsuslar olsun ki, o Vətəni görmədən, vətən həsrətiylə bu dünyayla vidalaşıb.
Onun övladları, ailəsi hazırda Türkiyədə yaşayırlar.
1990-91-ci illərdə uzun axtarışlardan sonra onlar barədə məlumat ala bildik. Sonra müharibənin başlanması, Kəlbəcərin işğalı bizim bütün arzularımızı gözümüzdə qoydu, o əlaqələrin intensivləşməsinə mane oldu.
Təbii ki, məcburi köçkünlük dövründə bir az özümüzə gələndən sonra yenidən bu əlaqələri bərpa etməyə, əmimin ailəsini axtarmağa çalışdıq. Amma, mənə elə gəlir ki, əfsuslar olsun, əmimin övladları bizim kimi, cəhd etmədilər görüşmək üçün, bəlkə də bizləri axtarmaq istəmədilər.
Burda başqa amillərdə böyük rol oynayır. Biz Azərbaycan xalqı daha istiqanlıyıq, qohumcanlıyıq. Bu məsələdə biz həmişə Osmanlılardan fərqlənirik.
Beləliklə biz onları tapmağa cəhd elədik və 1998-99-cu illərdə bizim bir qohumun İzmirə gedişi nəticəsində onları tapdıq. Artıq bu əlaqələrin bərpa olunması başladı.
Sonra telefon əlaqələri oldu müəyyən vaxtlarda, yalnız kiçik oğlu Rəsul Azərbaycana gəldi.
Qohumumuz deyir ki, o təyyarədən düşəndə əyilib torpağı öpüb və “ mən atamın yurduna gəldim”x9d deyib.
Baxmayaraq ki, o atasının üzünü görməyib, atası vəfat edəndə o altıaylıq olub.
Gəldi və bizim köçkün şəraitimizlə tanış oldu. Demək olar ki, qohumlarımızın hamısı köçkün həytaı sürür. Düzdü, qohumlarımızdan 1960-70-ci illərdə Bərdədə, Mingəçevirdə, Gəncədə yaşayanlar var.Amma onların hamısı deyir ki, Kəlbəcər mənim ata yurdumdu.
Rəsul hönkür-hönkür aqlayırdı ki, mən Kəlbəcəri - ata yurdumu görə bilmədim.
Düzdür, biz Kəlbəcərin müəyyən şəkillərini, müəyyən məlumatları verdik ki, onda ata yurd haqqında bir anlayış olsun.
Təəssüflər olsun ki, 2003-cü ildən o əlaqələr yenidən kəsildi.
Bildiyimizdən Rəsul Türkiyədən xarici ölkəyə işləməyə getdi. Digər övladları da telefon nömrələrini dəyişdilər. Amma, mən bir qohum olaraq axtarışlarıma ara vermədim.
Və çox maraqlıyam əmim uşaqlarıyla əlaqələrin bərpasına, onların bura gəlib, ata yurdlarını tanımalarına, bizim İzmirə gedib əmimizin yaşadığı mühitlə yaxından tanış olmağa.
Qərib Rəhimin, qəlbi qərib nisgilli Rəhimin yaradıcılığı ilə tanış olmaq da mənim ən böyük arzumdu.
O İzmirdə çox tanınmış bir sima olub, deyilənlərə görə. Siyasi cəhətdən çox fəal insan, ictimaiyyətdə sözü keçən biri olub.
Hesab edirəm ki, onun demokratik cümhuriyyətlə, eləcə də Azərbaycanın o zaman xaricdə mühacir həyatı sürən azərbaycanlılarla baqlı xatirələri var. Bu baxımdan düşünürəm ki, onun həmin arxivini ortaya çıxarmaq, və o mənbələrdən lazımınca istifadə etmək borcumuzdur.
Həmçinin onun öz həyatıyla bağlı maraqlı xatirələr ola bilər. Qəriblikdə necə bir qəriblik yaşamağı da çox maraqlıdır mənim üçün.
Əmimin xoşbəxtliyi onda olub ki, sağlığında qardaş-bacılarından kimsə dünyasını dəyişməyib.Təkcə valideynləri rəhmətə gedib.Təbii ki, artıq yaşlı insanlar idilər. Ən yaxın qohumlarından-qardaşları, bacıları,onların övladları hamısı sağ ”“salamat olublar.
Onların əksəriyyəti bu hadisələr zamanı, məcburi köçkünlükdə dünyaların dəyişdilər.
Hətta Rəsul bura səfər edən zaman, biz mama deyirik də, bibiyə. O mamalarımdan biri rəhmətə getmişdi. Rəsul gedib hamı ilə görüşdü. Onun kiçik əmisi Bahadur hal-hazirda da yaşayır. Rəsul onunla və digər bibilərimizlə görüşdü.
Elə onun gedişindən iki il sonra bacının ikisi rəhmətə getdi.
Onların hər ikisi son nəfəslərində uşaqlara, qohum əqrabaya bir şey deyiblər-“Rəhimin övladlarını mütləq tapın, onlarla əlaqə saxlayın.Onları heç vaxt unutmayın.”x9d
Hər iki bacı son nəfəslərində onları sanki bizlərə əmanət eidblər.
“Onlar axtarmasalar belə, siz axtarın, gətirin onları bura”x9d-deyə vəsiyyət ediblər.
Bacinin birinin adı Xumar idi, birinin adı Sənəm.
Qəribliyin
Onun kicik qardaşı Bahadur mənim ana babam sayılır, o sağdı.Demək olar ki, bu insan hər gün Rəhimin usaqların xatırlayır.
Onun bu gün də ən müqəddəs andı Rəhimin canına andıdır. Rəhim dünyasın dəyişib amma babam hər dəfə onun canına and içir.
1930-cu il təvəllüddü. Rəhimin Fin müharibəsinə göndərilməsi onun gözləri önündə olub, doqquz yaşı olub o zaman.
Deyir ki, Rəhim hamiyla görüşdü, sonda məni qucağına aldı öpdu və dedi ki, “qaqa, mən getdim müharibəyə.”x9d
Umumiyyətlə, onun adi çəkilən kimi bu insan başlayir ağlamağa.
Onu da qeyd edim ki, Rəhimin yaşının az olmasına baxmayaraq , çox savadlı olub. Hətta o zaman yaşlı insanlara yazıb, oxumaq öyrədirmiş.
Savadsızlığın aradan qaldırılması dönəmində müəllim kimi işləyib, uşaqlara, yaşlılara yazıb-oxumağı oyrədib.
O, bütün yazıları latin qrafikasi ilə yazıb. Çox gözəl xətti olub. Uşaq olmasina baxmayaraq o, əsgər gedəndə ona Rəhim müəllim deyirmişlər.Kənd məktəbi yeni formalaşırmış, mütəxəssis yox, ucqar dağ kəndi, bunlar da bəy ovladi olduğu üçün yaxşı təhsil görübmüşlər. Mollaxanada təhsil alıbmışlar.
Mənim babam 1898-ci təvəllüd idi, amma latin qrafikasinda çox gözəl yazardı.
Çünki atalari kicik yaşlarindan onlara təhsil vermişdi.Rəhim həm də kolxozçulara axsam məktəbində də dərs deyirmiş.
Deyirlər ki,tez-tez gedərmiş qayalıqda oturub, xəyala dalarmış, rəsm çəkərmiş, şeir yazarmış.
Bu genetik bir hal olub.

- Bu genetik xüsusiyyət sizdə də varmi?

-Bu mənim rəhmətlik böyük əmim Kamran müəllimdə vardı. O, çox gözəl araşdırmaçı və şair idi. Dörd il öncə rəhmətə getdi.O qabiliyyət onda vardı. Çox gözəl şəkil çəkərdi.
İnsanla üz-üzə oturardı, onun portretini elə çəkərdi ki, sanki fotoqraf çəkən şəkil təsiri bağışlardi. İnsanin bütün cizgilərini dəqiqliklə verərdi.
Mənim atamla-anam əmiqizi əmioğludular. Ona görə də dayılarımda da var bu yaradıcı istedad. Amma, əfsuslar olsun ki, məndə yoxdu (gülür).

- İnqilab müəllim bizim saytimiz vasitəsiylə, əminiz Rəhimin övladlarına nə mesaj yollamaq istərdiniz? Adlarını ünvanlarını deyin. Bildiyiniz kimi saytımız artıq Türk dünyasında da tanınır. Ola bilsin ki, özləri də bilməsələr, İzmirdə yaşayan dostlarımızdan kimsə yaxından taniya bilər onlari. Bizim vasitəmizlə siz əminiz Rəhimin övladlarıyla yenidən əlaqə saxlaya bilərsiniz.

- Çox gözəl. Onlar İzmir şəhərinin Karşıyaka məhəlləsində yaşayıblar. Köhnə ünvanları-Eşrəfpaşa, Çementepe-169, sokak nömrə 10 olub.
Bildiyimizə görə sonradan o mülk satılıb və ailə başqa yerə köçüb. Onların son ünvanları İzmirdə böyük bir məhəllədi-Karşıyaka məhəlləsi.
Onun böyük övladlarının adı Zəhra və Həsəndi. Digərləri Həsən, Savaş, Hüseyn, Rəsul.
Dörd oğlu, bir qızı var.

- Soyadları necədir?

- Onlarda Şirin gedir-məsələn Zəhra Şirin, Rəsul Şirin.

- Baba adı Rəhim, soyadı Şirin?

- Bəli, Həsən Rəhim oğlu Şirin. Bu qaydada gedir.
Bizdə olan son 2002-ci ildəki bilgiyə görə Zəhra xanım əməklidir. Amma digər övladları fərqli sahələrdə çalışırlar.

- İnşallah, bu işə biz vəsilə olaraq tezliklə qohumlarınıza qovuşarsınız. Çox istərdim bizim vəsiləmizlə onları tapasınız.

- Mənim onlara sözüm ondan ibarətdir ki, onlarAzərbaycanı sevsinlər, Azərbaycan onların baba yurdudur. Onları Azərbaycana bağlayan sıx tellər var.
Çünki qan məsələsi çox önəmlidir. Onlar düşünməsinlər ki, onların qohumları nəyəsə görə onları axtarırlar. Əsla. Çünki, Allaha şükür, bu gün bizim hər birimizin normal yaşayışımız üçün hər cür imkanımız var. Sadəcə olaraq məqsədimiz odur ki, qohumluq telləri itməsin, eyni qanı daşıyan bir nəslin yadigarları bir-birindəm uzaqlaşmasınlar. Nəsil itməsin.
Bu həm də Turkiyə üçün önəmli bir faktor ola bilər. Bəlkə Rəhim əminin ümumilikdəTürkiyənin olmasa da, İzmirin tarixində gördüyü önəmli işləri olub.
Onun bir Azərbaycan türkü olaraq oralarda çox önəmli xidmətləri olub.
Əgər bu insan Sovet siyasətinin qurbanı olubsa, demək mütləq onun həyatıyla baqlı açılması vacib olan çox məqamlar ola bilər.
Onlara bir daha səslənirəm və umud edirəm ki, onlarla görüşəcəyik. Fərq etməz burda ya Türkiyədə görüşək.
Amma əslində biz çox istərdik ki, onlar bura gəlib ata yurdlarini yaxından tanısınlar.
Öndərimizin gözəl bir sözü var: “Bir millət, iki dövlət.”x9d
Əgər biz bir millətiksə, demək bizi birləşdirən çoxlu six tarixi köklər var. Bu köklərə söykənib öz qohumluq əlaqələrimizi də unutmamalıyıq.
Əgər əmimin övladları mənim səsimə səs versələr, o zaman özümü dünyanın ən xoşbəxt insanı sayaram.

- Mən əminəm ki, yaxın zaman kəsiyində sizə xoş müjdəni biz verəcəyik inşallah.

- İnşallah.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin