Satıcıların NÖVBƏTİ FIRILDAĞI – Mobil telefon alarkən bu məqama DİQQƏT EDİN

Hazırda oxunan: Satıcıların NÖVBƏTİ FIRILDAĞI – Mobil telefon alarkən bu məqama DİQQƏT EDİN

101771

“Şəhərdə smartfon satan bəzi qeyri-rəsmi mağazalar və sahibkarlar smartfonları ucuz sata bilsinlər deyə, telefonların IMEI qeydiyyatından yayınırlar. Rəsmi dövlət rüsumunu ödəməmək üçün IMEI qeydiyyatı əvəzinə, qeydiyyatdan keçmiş hər hansısa bir IMEI kodu texniki müdaxilə ilə yeni smartfona yazırlar”. 

Bizim.Media xəbər verir ki, bu barədə İT eksperti Fərid Pərdəşünas sosial şəbəkə hesabında yazıb. 

Ekspert bəzi satıcıların bu yolla alıcıları necə aldatdığını izah edib: 

“Elan saytlarında bəzən daha ucuz smartfon tapa bilmək səbəblərindən biri də bu olur. Məsələn, yeni iPhone 14 Pro-nun (nümunə) qeydiyyat rüsumu 150 manatdır. Burada işbaz bu ödənişi etməmək üçün hər hansısa ucuz, yaxud köhnə, lakin IMEI kodu qeydiyyatdan keçmiş smartfonun IMEI nömrəsini yeni satacağı smartfona kopyalayır. Buna klonlama da deyirlər. 

İndi isə Nazirliyin (RİNN) qurumu (AzInTelecom) müəyyən edib ki, bu günə qədər 330 belə IMEI klonlanıb və cihazlara paylanılıb. Ortaya çıxıb ki, bu 330 IMEI adresi ilə son 1 ildə 150.000-dən çox mobil nörməyə aid abunəçi şəbəkəyə qoşulub. Bu çox ciddi rəqəmdir.” 

Fərid Pərdəşünas smartfonların klon İMEİ daşıyıcısı olub-olmamasını necə müəyyən edə biləcəyimizi də qeyd edib: 

“Yaxşı olar ki, smartfonunuzun IMEI kodunu yoxlayasınız (smartfonun IMEI kodu *#06# ilə öyrənilir). Klon IMEI koda sahib olduğunuz halda məsləhətdir ki, Azərpoçt-a yaxınlaşıb, cihazı rəsmiləşdirəsiniz.
Hazırda klon IMEI koda sahib cihazlar bloklanmır. Sadəcə, üzərində olan nömrə ilə aktiv qalır. Əgər nömrə dəyişsə, cihaz şəbəkəyə çıxış əldə edə bilməyəcək. Klon IMEI bir növ saxta şəxsiyyət vəsiqəsinə bənzəyir. Düşünün ki, telefonunuzun kimliyi saxtadır”. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin