Zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə əməllərinə görə cəzalar artırılır.
Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən və parlamentin plenar iclasına tövsiyə edilən Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna görə, bu əməllər bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə, zərərçəkmiş şəxsin zöhrəvi xəstəliyə yoluxmasına səbəb olduqda, zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı xüsusi amansızlıqla törədildikdə və təkrar törədildikdə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Layihəyə əsasən, bu əməllərə görə beş ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzala tətbiq olunacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:32 / 28.10.2022
Azyaşlılara qarşı zorakılıqla bağlı cəzalar sərtləşdirilir
Hazırda oxunan: Azyaşlılara qarşı zorakılıqla bağlı cəzalar sərtləşdirilir
Hazırda oxunan: Azyaşlılara qarşı zorakılıqla bağlı cəzalar sərtləşdirilir
101659
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.