Kənd Təsərrüfatı Nazirliyində MƏNİMSƏMƏ - Cinayət işi başlandı

Hazırda oxunan: Kənd Təsərrüfatı Nazirliyində MƏNİMSƏMƏ - Cinayət işi başlandı

101603

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Cəlilabad bölgə təcrübə stansiyasının sabiq direktoru Hüseynağa Feyzullayevin işlədiyi dövrdə Cəlilabad BTS-ə məxsus olmuş pul vəsaitini mənimsəməsi barədə daxil olmuş müraciət üzrə rayon prokurorluğunda araşdırma aparılıb.

Bizim.Media Cəlilabad rayon prokurorluğuna istinadən xəbər verir ki, aparılmış araşdırmalarla Hüseynağa Feyzullayevin işlədiyi 2009-2019-cu illər ərzində BTS-in fəaliyyəti zamanı əldə edilərək yardımçı təsərrüfatın xəzinəsinə mədaxil olunmuş pul vəsaitləri, habelə müəssisənin balansında olan texnika və avadanlıq üzərində qanunsuz sərəncam verməklə ümumilikdə 108 min 114  manat məbləğində pul vəsaiti və maddi əmlakı özünün və üçüncü şəxslərin mülkiyyətinə keçirməklə  öz qulluq mövqeyindən istifadə edib mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin