"Azərbaycanda Dövlət investisiya proqramları çərçivəsində hər il Milli Hidrometeorologiya Xidmətinin maddi-texniki bazasının gücləndirilməsi üçün millionlarla vəsait hidrometeoroloji şəbəkənin avtomatlaşdırılmasına, müasir radar sistemlərinin qurulmasına yönəlir".
Bizim.Media xəbər verir ki, bunu Aİ-nın dəstəyi ilə həyata keçirilən "Azərbaycanda hidrometeorologiya və iqlim sahəsində xidmətlərinin gücləndirilməsi" layihəsinin açılış mərasimində ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.
Nazir bildirib ki, işğaldan azad olunmuş ərazilərdə dövlət başçısının sərəncamları ilə “Ağıllı” şəhər və “Ağıllı” kənd konsepsiyasına uyğun quruculuq işləri geniş vüsət alıb:
"Yeni infrastruktur obyektləri istifadəyə verilib, beynəlxalq əhəmiyyətə malik aeroportlar inşa edilir. Bütün bu işlərin həyata keçirilməsi və planlaşdırmanın düzgün aparılmasında hidrometeoroloji xidmətlər həyata keçirilir, müasir avtomat hidroloji və meteoroloji avtomat stansiyalarla müşahidə şəbəkəsi bərpa olunur.
Və burada gələcək planlarımıza uyğun olaraq növbəti illərdə daha irimiqyaslı layihələrin həyata keçirilməsi planlaşdırılır.
Hava sərhəd tanımır. Regionda hidrometeorloji təhlükəsinliyin təmin edilməsində biz öz töhfəsimizi verməyə, yeni müşahidə sistemlərindən əldə etdiyimiz məlumatlarla paylaşmağa hazırıq. Yalnız səylərin birləşdirilməsi bizə iqlim risklərinə qarşı dayanıqlığı artırmağa imkanı verəcəkdir".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:04 / 28.10.2022
Qarabağda yeni infrastruktur obyektləri istifadəyə verilib - RƏSMİ
Hazırda oxunan: Qarabağda yeni infrastruktur obyektləri istifadəyə verilib - RƏSMİ
Hazırda oxunan: Qarabağda yeni infrastruktur obyektləri istifadəyə verilib - RƏSMİ
101573
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.