20 ildə 100 milyon qız uşağı məhv edilib – “Abortu qadağa etmək doğru deyil” – Hüquq müdafiəçisi

Hazırda oxunan: 20 ildə 100 milyon qız uşağı məhv edilib – “Abortu qadağa etmək doğru deyil” – Hüquq müdafiəçisi

10155

Ölkədə doğulan uşaqların cins nisbətinin pozulmasına görə dünyada üçüncü yerdə Azərbaycan durur. Bu dəhşətli faktdır. Yeni doğulan oğlanlar və qızlar arasındakı disbalans Azərbaycan üçün də yenilik deyil.

Son 20 il ərzində selektiv abortlar nəticəsində dünyada 100 milyona yaxın uşaq qız olduğuna görə məhv edilib.

Səhiyyə Nazirliyinin bütün genekoloq-həkimlərə dölün müəyyən olunması ilə bağlı pasiyentinə informasiya verməməməsini tapşırıb.

Həmçinin döl müəyyən olunandan sonra abortun tələb edilməsinin yolverilməzliyini əmr edib. Amma bu, mövcud vəziyyəti xilas etməyə qadir deyil.

Bizim.media olaraq məsələni araşdırıb, “Niyə oğlanlara üstünük verilir?” “Selektiv abortun qarşısını almaq üçün hansı tədbirləri görmək lazımdır?” - kimi suallara aydınlıq gətirməyə çalışdıq.
 

MÖVZU İLƏ BAĞLI:

Son 3 gündə 3 intihar – “Özünü xilas etmək istəməyən insan heç kimi xilas edə bilməz” - PSİXOLOQ


“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova əvvəlki illərlə müqayisədə selektiv abortların sayında azalma müşahidə olunduğunu qeyd edib: 

“Əslində Azərbaycanda selektiv abortlar qız uşaqlarına nifrətə görə deyil. Bu, cəmiyyətimizdə qadınla bağlı mövcud olan sterotiplər, xoşagəlməyən düşüncə tərzləri və qızların təhlükəsizliyi ilə bağlı olan məsələdir. Qız uşaqlarının təhsili, yükü və digər bu kimi məsələlər isə arxa plana keçib. Cəmiyyət hər şeyi qadına, qıza qarşı yükləyir və hadisəni qabardaraq damğa vurmağa başlayır. Bununla selektiv abortun qarşısını kəsmək olmayacaq. Hökumət nə qədər radikal tədbirlər görsə də, selektiv abortlar evdə həyata keçiriləcək. Məsələnin kökündə pul da dayanır."
 

Abortun qadağan edilməsi ilə bağlı qanunun qəbuluna gəlincə, M.Zeynalova bunun doğru addım olmadığını bildirib:


“Bu insanın seçim arzusunun məhdudlaşdırılmasıdır. Qanun məsələsi illərdir ki, müzakirə olunur, amma konkret addımlar atılmır. Ümumiyyətlə abortun qadağan edilməsi məsələsi bu gün bütün dünyada müzakirə predmetinə çevrilib. Qanunsuz nikahlarlar və təsadüfi görüşlərdən doğulanları, eləcə də bir ucdan doğub tökənləri nəzərə alsaq abortun qadağan edilməsi yanlış addım olardı”, - deyə hüquq müdafiəçisi əlavə edib.

Həkim-ginekoloqu Şəfəq Məmmədova isə problemin həlli yolunu maariflənmədə görür:

“Əfsuslar olsun ki, maarifləndirmə yalnız qadınlar arasında aparılır. Bunu düzgün hesab etmirəm. Abortu çox zaman kişilər xanıma məcbur etdirir. Buna görə də, maariflənmə hər iki tərəflə aparılmalıdır. Bundan başqa, yeni ailə quran gənclərə hazır olmadıqları hamiləlikdən qorunmağın yolları haqqında müəyyən informasiyalar verilməlidir”.

Ş.Məmmədova onu da qeyd edib ki, “Selektiv abortun mənfi təsirləri də olduqca böyükdür. Hər bir abort ginekoloji xəstəliklərin əmələ gəlməsinin əsas səbəblərindən biridir.
 

Abortların ən ciddi ağırlaşmaları: qadın cinsiyyət sisteminin iltihabı xəstəlikləri, uşaqlıq qanaxmaları, hormonal pozğunluqlar, ən çox sonsuzluğa səbəb ola bilər”.


Psixoloq Sürəyya Bayramova isə bildirib ki, “Abort qadın psixologiyasına ağır zərbə vurur.

Zaman keçdikcə qadınlarda ağır depressiya kimi problemlər üzə çıxır. Bəzi hallarda qadınlar özləri istəməsələr belə ailə tərəfindən məcbur edilərək, bu yola əl atırlar”. 

Onun sözlərinə görə, “Azərbaycanda oğul övladını nəslin davamçısı, mülkiyyətin varisi, valideynlərin dayağı kimi görürlər. Düşünürlər ki, valideynlərə yalnız oğlan baxa bilər. Buna baxmayaraq ki, həyat bunun heç də həmişə belə olduğunu göstərmir. Cəmiyyətdə kişi və qadın arasında həqiqətən bərabərhüquqluluq olsa valideynlər üçün dünyaya gələcək övladın qız və ya oğlan olmasının fərqi olmayacaq”.
 

Ölkəmizdə qız uşaqlarına dəyər verib, diqqət göstərən valideynlər də var.


Onlardan biri 4 qız anası olan Vüsalə Əmrullayeva ilə həmsöhbət olduğumuz zaman bildirib ki, “Allahın verdiyi payı məhv etmək olmaz. Qeyrətli və namuslu qız yüz oğlandan üstündür.

Mənim də 4 qızım var. Yoldaşım da, mən də çox xoşbəxtik. Cinsiyyətindən asılı olmayaraq, dünyaya gələn körpəmin hər zaman sağlam və huzurlu olmasını istəmişəm. Mən də aborta qarşı olduğumu bildirmək istəyirəm”.

Son olaraq kütləvi şəkildə abort etdirənlərə belə bir sual ünvanlamaq istəyirəm. Əgər vəziyyət belə davam edərsə gələcəkdə həsrətində olduğunuz oğlan uşaqlarını sizinçün kim dünyaya gətirəcək?!

Gül Qədirli, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin