“Bizim apardığımız ekspertizalar nəticəsində 12 istehsalçıya məxsus şəkər tozu və qənd məhsullarında kükürd dioksid adlanan toksik maddə aşkarlanıb. İstehsalçılar həmin maddədən qəndin rənginin ağardılması üçün istifadə ediblər”.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, sözügedən məhsul bilavasitə insan sağlamlığı üçün təhlükəlidir:
“1097 kq o cür məhsul geri çağırılıb. 547 kq məhsul məhv edilib. Anbarlarda olan 5309 kq məhsulun da yenidən emalı təmin edilib”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:16 / 27.10.2022
Tərkibində təhlükəli maddə olan qənd və şəkər tozu aşkarlandı
Hazırda oxunan: Tərkibində təhlükəli maddə olan qənd və şəkər tozu aşkarlandı
Hazırda oxunan: Tərkibində təhlükəli maddə olan qənd və şəkər tozu aşkarlandı
101448
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.