Saatların əqrəbləri bir saat geri çəkiləcək.
Oktyabrın 25-də Azərbaycan ərazisində qış vaxtına keçiləcək.
Moderator.az xəbər verir ki, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında”x9d 1997-ci il 17 mart tarixli qərarına əsasən hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir.
Beləliklə, bu il oktyabrın 25-də saat 05:00-da Azərbaycan ərazisində saatların əqrəbləri 1 saat geri çəkilməklə yay vaxtı ləğv ediləcək.
































































































