Naxçıvanın Şaxtaxtı kəndində anadan olan Əhməd Mahmudov (1923-1989) SSRİ Elmlər Akademiyasında (Moskvada) alimlik dərəcəsi alıb, onun təşəbbüsü ilə İqtisadiyyat İnstitutu təsis edilib, yüzlərlə elmi əsərin müəllifidir. xa0xa0
Eldar Mahmudov 1956-cı ildə Bakıda doğulub. 1978-ci ildə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun maliyyə-kredit, 1993-cü ildə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib. xa0xa0
1980-2004-cü illərdə daxili işlər orqanlarında xidmət edib. 1993-cü ildə Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsində şöbə rəisi, bir müddətdən sonra həmin idarənin rəis müavini vəzifəsini daşıyıb. xa0 1993-2003-cü illərdə İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin və İqtisadi sahədə Əməliyyat-Əlaqələndirmə Bürosunun rəisi vəzifələrində işləyib. 2004-cü ilin əvvəlindən isə Narkotiklərlə Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib. xa0xa0
23 iyul 2004-cü ildə İlham Əliyevin sərəncamı ilə Milli Təhlükəsizlik naziri təyin olunub və general-mayor rütbəsi alıb. 16 mart 2005-ci ildə general-leytenant, 27 mart 2014-ci ildə general-polkovnik rütbəsi verilib. xa0 O, Prezident İlham Əliyevin 17 oktyabr 2015-ci ildə verdiyi sərəncamla vəzifədən azad edilib.xa0


































































































