Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi İranda dini məbəddə törədilən terror aktını pisləyib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumat qurumun rəsmi “Twitter” hesabında məlumat yerləşdirilib.
“İranın Şiraz şəhərindəki Şahçerağ ziyarətgahında baş verən terror aktından təəssüflənirik. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik. Terrorizmlə üzləşən dövlət kimi Azərbaycan onun bütün forma və təzahürlərini qətiyyətlə pisləyir”, - deyə bəyanatda bildirilib.
Bizim.Media
We deplore terror attack in Shah Cheragh Mosque in #Shiraz, #Iran. We extend our heartfelt condolences to the families of victims, hope for speedy recovery of those injured. As a state that has faced terrorism,?? strongly condemns all its forms & manifestations. @IRIMFA_EN
— MFA Azerbaijan ?? (@AzerbaijanMFA) October 26, 2022