Tərtərdə qanvermə AKSİYASI – Talasemiyalı uşaqlar üçün -  FOTO 

Hazırda oxunan: Tərtərdə qanvermə AKSİYASI – Talasemiyalı uşaqlar üçün -  FOTO 

101334

Tərtərdə Talasemiyadan əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası keçirilib.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, aksiyada ümumilikdə 2000 nəfərdən çox insan könüllü olaraq iştirak edib.  

Müraciət edənlərdən əvvəlcə müayinə edilərək nümunələr götürülüb. Onlardan 277 nəfərin qan verməsi labüd hesab edilib.

Qan verənlər arasında rəhbər və digər rəsmi şəxslər də yer alıb.

Qeyd edək ki, Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşları tərəfindən toplanan qanın, ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacağı bildirilib.  

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin