İnternet və xüsusi radiorabitə tarifləri ilə bağlı YENİ QƏRAR

Hazırda oxunan: İnternet və xüsusi radiorabitə tarifləri ilə bağlı YENİ QƏRAR

101297

Tarif (Qiymət) Şurasının bu gün keçirilmiş növbəti iclasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin internet, xüsusi radiorabitə, “AzStateNet” fiber optik şəbəkəsindən istifadə və digər xidmətlər üzrə tariflərə baxılması ilə bağlı müraciətinə baxılıb. 

Bizim.Media Şuraya istinadən xəbər verir ki, müraciətdə dövlət qurumlarının etibarlı rabitə ilə təmin edilməsi üçün yeni xidmətlərin yaranmasına və onlara çəkilən xərclər nəzərə alınmaqla tarif tənzimlənməsinə zərurət yarandığı bildirilib. 

Xidmətlə bağlı son tarif tənzimləməsinin 24 noyabr 2011-ci il tarixində həyata keçirildiyi nəzərə alınaraq təklif olunan tariflərin qəbul olunması məqsədəuyğun hesab edilib.

Bu xidmətlər yalnız dövlət orqanlarına göstərildiyi üçün bu tariflər əhaliyə və sahibkarlıq subyektlərinə şamil edilmir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin