Xaçmaz şəhərində 92 saylı peşə məktəbinin yataqxanasında bu gün səhər qeydə alınan yanğında xəsarət alan olmayıb, bir nəfər tüstüdən zəhərlənib. Rayon mərkəzi xəstəxanasında zəhərlənən xanıma ilk tibbi yardım göstərilib və o, artıq evə buraxılıb.
Bizim.Media-nın Xaçmaz şəhər nümayəndəliyindən əldə etdiyi məlumata görə, texniki peşə məktəbinin binası Elm və Təhsil Nazirliyinin balansındadır.
Xaçmaz 92 saylı peşə məktəbinin direktoru Abbasqulu Məstəliyev məlumat verdi ki, bu yataqxanada işğal zamanı məcburi köçkün düşmüş keçmiş qaçqınlar və rayon sakinləri məskinlaşıb.
Verilən məlumata görə, peşə məktəbinin yataqxanasının zirzəmisində yanğın orada süpürgəçilərin yığdığı məişət süpürgələrinə atılan siqaret kötüyündən başlayıb.
Bu və digər ehtimallar FHN-in müvafiq qurumu tərəfindən araşdırılır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
15:12 / 26.10.2022
Xaçmazda yataqxanada alov nədən qaynaqlanıb? - FOTO
Hazırda oxunan: Xaçmazda yataqxanada alov nədən qaynaqlanıb? - FOTO
Hazırda oxunan: Xaçmazda yataqxanada alov nədən qaynaqlanıb? - FOTO
101267
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.