Noyabrın 1-dən etibarən ümumi təhsil müəssisələrində vakant tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini, eləcə də məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə işə qəbul prosesi ilə bağlı Regional təhsil idarələri tərəfindən sənəd qəbuluna başlanılır.
Elm və Təhsil Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, müraciət etmək istəyən şəxslər zəruri sənədləri (kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsiyyəti təsdiq edən sənədin, təhsil haqqında sənədin və ona əlavənin, əmək kitabçasının surəti) çalışdıqları ümumi təhsil müəssisəsinin tabe olduğu regional təhsil idarəsinə təqdim edə bilərlər.
Ətraflı məlumatı Regional təhsil idarələrinin sosial media hesablarından əldə etmək mümkündür.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:11 / 26.10.2022
Məktəblərdə bu vəzifəyə işə qəbul başlayır
Hazırda oxunan: Məktəblərdə bu vəzifəyə işə qəbul başlayır
Hazırda oxunan: Məktəblərdə bu vəzifəyə işə qəbul başlayır
101222
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.