Bu gün səhər saatlarında Bakının Yasamal rayonunun Əsəd Əhmədov və Ülvi Bünyadzadə küçələrinin kəsişməsindəki 1 400 millimetrlik su kəmərində baş vermiş qəzaya görə paytaxtın heç bir yerində su təchizatı dayandırılmayıb.
Bizim.Media xəbər verir ki, bunu report.az-a açıqlamasında "Azərsu" ASC-nin operativ idarəetmə şobəsinin rəisi Yaşar Bəşirov bildirib.
"Qəza ilə bağlı əhalinin su təchizatında heç bir çətinlik yoxdur. Badamdar qəsəbəsində bizim 2 su anbarımız və kifayət qədər su ehtiyatımız var.
Qəza baş verən andan mərkəzi su anbarından kəmərə suyun verilişi dayandırılıb. Hazırda axıntı dayanıb və "Azərsu"nun qəza birqadası hadisə yerinə cəlb olunub. Qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı tədbirlər görülür", - deyə o, qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:03 / 26.10.2022
Yasamaldakı qəzaya görə paytaxtda su kəsilməyib - RƏSMİ
Hazırda oxunan: Yasamaldakı qəzaya görə paytaxtda su kəsilməyib - RƏSMİ
Hazırda oxunan: Yasamaldakı qəzaya görə paytaxtda su kəsilməyib - RƏSMİ
101203
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.