İki şəhid ailəsinə güzəştli mənzil verildi

Hazırda oxunan: İki şəhid ailəsinə güzəştli mənzil verildi

10120

Hövsan Yaşayış Kompleksində daha 501 ailə güzəştli mənzilə sahib olub.

Bu barədə Bizim.Media-ya Mənzil İnşaatı Dövlət Agentliyindən bildirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağa böyük qayıdışdan sonra evlər və obyektlər bahalaşacaq - EKSPERT


Mənbə bildirir ki, Hövsan Yaşayış Kompleksində 10.09.2020 və 14.09.2020-ci il tarixlərində “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə seçilmiş ümumilikdə 501 mənzildən 399-nun alqı-satqısı uğurla başa çatdırılıb.

Mənzilə sahib olmuş vətəndaşlardan 36-sı mənzili öz vəsaiti hesabına, 363-ü isə güzəştli ipoteka krediti hesabına əldə edib.

2 mənzil isə 10.09.2020-ci il tarixində Hövsan Yaşayış Kompleksində mənzil seçmiş, lakin Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış 2 hərbçinin ailə üzvlərinə təqdim edilib.

Belə ki, “Güzəştli mənzil” sistemində qeydiyyatdan keçən Hüseynov Orxan Bəhmən oğlu və Hüseynov Fərid Fətəli oğlu Hövsan Yaşayış Kompleksində mənzillərin satışında uğurla iştirak edərək 2 otaqlı mənzil seçiblər.

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən mübarizəyə qoşulan hər iki hərbçi şəhidlik zirvəzinə ucaldığından mənzillərin rəsmiləşdirilməsi mümkün olmamışdı. 

Xatırladaq ki, Hövsan Yaşayış Kompleksində 30.06.2020-ci il tarixində keçirilən ilk satışın nəticəsində 224 ailə güzəştli mənzilə sahib olub. Ümumilikdə iki satışın nəticəsində 725 ailə Hövsan Yaşayış Kompleksində güzəştli mənzil əldə edib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin