“Saqqal qadağası şagirdlə yanaşı müəllimə də şamil olunmalıdır” – Ekspertdən maraqlı AÇIQLAMA

Hazırda oxunan: “Saqqal qadağası şagirdlə yanaşı müəllimə də şamil olunmalıdır” – Ekspertdən maraqlı AÇIQLAMA

101191

Xəbər verildiyi kimi Elm və Təhsil Nazirliyi tərəfindən “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” və “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat” hazırlanıb. Hər iki sənəd hazırlanarkən şagirdlər, müəllimlər, o cümlədən valideynlər arasında keçirilən sorğuların nəticələri nəzərə alınıb, beynəlxalq və özəl təhsil müəssisələrinin təcrübələri araşdırılıb. 

Təlimatda şəxsi gigiyena qaydalarından tutmuş, geyim, saç, saqqal və üz səliqəsinə qədər qaydalara riayət olunmaqdan söhbət gedir. 

Qeyd edək ki, təlimat hələki rəsmi qəbul olunmayıb, ictimai müzakirəyə verilib. Qəbul olunarsa yanvar ayından etibarən qadağaların tətbiqinə başlanacaq. 

Şagirdlərə saqqal qadağası günlərdir ki, soial şəbəklərdə tənqid hədəfinə çevrilib və müxtəlif tipli fikirlər səsləndirilir. Əksəriyyət şagirdlərə olunan saqqal qadağasının onlara dərs deyən müəllimlərə də şamil olunmasını vacib hesab edir. Yəni tədris müəssisəsində səliqə-səhmana, nizam-intizama, davranış qaydalarına önəm verilirsə, tədris öyrədənə də bu qaydalar tətbiq olunmalıdır. 

Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil eksperti Elçin Əfəndi məsələ ilə bağlı səsləndirilən fikirlərlə razılaşıb:

“Sözügedən məhdudiyyətlə bağlı məsələyə şəxsiyyətin azadlığı baxımından yanaşsaq, onu ümumi qadağalar siyahısından çıxarmaq olar. Saqqal qadağası şagirdlə bərabər müəllimə də şamil olunmalıdır. Şagirdlərdən bu qadağanı tələb etmək, müəllimlərdən isə tələb etməmək yanlışlıq olar. İstənilən halda şagirdlərə saqqal qadağası tətbiq ediriksə, şagirddən bu qaydaya əməl etməyi tələb etdiyimiz kimi müəllimdən də tələb etməliyik. İndi elə bir vəziyyətdir ki, məktəblərdə kişi müəllimlərinə təsadüfi hallarda rast gəlirik. Əsas odur ki, məktəblərdə kişi müəllimlər olsun, saqqal probllemi olsa da olar.  150 min müəllimin 80 faizi xanımlardır”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin