Azərbaycanda elektrik enerjisinin paylanması üzrə gəlirlər kəskin artıb

Hazırda oxunan: Azərbaycanda elektrik enerjisinin paylanması üzrə gəlirlər kəskin artıb

101116

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 38 463,7 min manatlıq elektrik enerjisinin nəqli üzrə xidmətlər göstərilib, bu da illik müqayisədə 16,9% azdır. 

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib. 

Məlumata görə, 2021-ci ilin yanvar-mart aylarında bu göstərici 46 295,1 min manat təşkil edib. 

Məlumata görə, hesabat dövrü ərzində ölkədə 3 160,4 min manat həcmində elektrik enerjisinin paylanması üzrə xidmətlər göstərilib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 84,5% çoxdur. 2021-ci ilin birinci rübündə bu göstərici 1 741,3 min manat təşkil edib. 
Qeyd edilir ki, bu ilin yanvar-sentyabr aylarında ölkədə 15 449,59 QVt/saat elektrik enerjisi satılıb ki, bu da illik müqayisədə 1,6% artım deməkdir. Ötən ilin müvafiq dövründə qeyd olunan göstərici 15 208,9 QVt/saat təşkil edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin