Parlamentdə ictimai dinləmələrə deputatdan MÜNASİBƏT – “Gələcək üçün əla zəmin yaradacaq”

Hazırda oxunan: Parlamentdə ictimai dinləmələrə deputatdan MÜNASİBƏT – “Gələcək üçün əla zəmin yaradacaq”

101087

“Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı dinləmə demokratik müzakirə ənənəsindən xəbər verir”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında millət vəkili Vüqar Bayramov bildirib.

Deputatın sözlərinə görə, əsas məqsədi yeni qanun layihəsinin siyasi partiya sədrlərinin ilə birgə müzakirəsi olan bu dinləmənin təşkil edilməsi Milli Məclisin müzakirələrə açıq olduğunu nümayiş etdirib:

“Çünki bu müzakirələr qanun layihəsi ilə bağlı siyasi partiyaların öz rəy və təkliflərini təqdim etməyə imkan yaratmaqla yanaşı, həmçinin təmsil etdikləri partiya üzvlərinin iradəsini sərbəst ifadə etmək imkanı demək idi.
 

MÖVZU İLƏ BAĞLI:

Deputatdan “JEK” lərlə bağlı yeni TƏKLİF 


Son dinləmə eyni zamanda bu sahədə ictimai rəyin öyrənilməsinə imkan verməklə gələcəkdə bu tendensiyanın davam etdirilməsinə şərait yaradacaq. Qeyd etmək lazımdır ki, belə müzakirələrin keçirilməsi ali qanunverici orqanla siyasi partiyalar arasında əlaqələrin inkişafına xüsusi təkan verir. Müxtəlif sahələrdə dövlət siyasətinin formalaşması, həyata keçirilməsi və qərarların qəbulu zamanı ictimai-siyasi rəyin nəzərə alınması plüralizmin varlılığının əsas göstəricisi kimi qiymətləndirilməlidir”.

Millət vəkili diqqətə çatdırıb ki, dinləmədən də göründüyü kimi, siyasi partiya rəhbərləri və nümayəndələrinin çıxışlarında da bu cür görüşlərin keçirilməsi vacib hesab olunur:

“Bu baxımdan, qanun layihəsi hazırda reallaşan islahatlar kontekstində yeni siyasi sistemin tələblərinə cavab verəcək mütərəqqi bir sənəd olacaq. Digər tərəfdən, qanun layihəsinin hazırlanması zamanı siyasi partiyalardan daxil olan təkliflər nəzərə alınıb, beynəlxalq təcrübəyə istinad edilib ki, bu da layihənin əhəmiyyətini göstərən əsas faktorlardan hesab olunur”.

Qeyd edək ki, oktyabrın 24-də Milli Məclisdə siyasi partiyaların nümayəndələrinin iştirakı ilə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ilk ictimai müzakirəsi baş tutub. 

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin