Vətən Müharibəsində tarixi qələbəmizin ikinci ildönümünə həsr olunan forum Azərbaycan Prezident Adminstrasiyasının dəstəyi, Müdafiə Nazirliyinin və Qusar İH-nin birgə təşkilatçılığı ilə baş tutub.
Bizim.Media xəbər verir ki, tədbirdə PA-nın məsul şəxsləri və Qusar İH-nin rəsmiləri ilə yanaşı, şəhid ailələri, qazilər, Müdafiə Nazirliyinin Qusardakı hərbi hissəsinin şəxsi heyəti, Quba, Xaçmaz, Şabran, Siyəzən İH başçılarının müavinləri, şəhid ailələri ilə iş şöbəsinin əməkdaşları iştirak edib.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla anılıb.
Çıxışlarda xalq-Ordu və dövlətin birgə dəstəyi sayəsində qazanılan şanlı qələbədən danışılıb, qələbəyə aparan 30 illik yolda xalqın daima Ali Baş Komandanın və Ordunun yanında olmasından söz açılıb. Prezident Adminstasiyasının Qeyri -Hökümət Təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdiri Vüsal Quliyev çıxış edib.
Qusar İH başçısı Şair Alxasov da çıxışında Vətən Müharibəsində xalqın Prezident İlham Əliyevlə və Müzəffər Ordu ilə birgə olmasından bəhs edib. Vətən Müharibəsi qaziləri torpaqlarımızın geri alınması üçün canlarından keçən şəhid yoldaşlarını hörmətlə anıblar.
Forumdan əvvəl Qusar Şəhidlər Xiyabanı və Heydər Əliyevin Qusar şəhərindəki abidəsi ziyarət edilib.
Forum davam edir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
15:55 / 25.10.2022
Qusarda "Zəfər Forumu" keçirildi – FOTO
Hazırda oxunan: Qusarda "Zəfər Forumu" keçirildi – FOTO
Hazırda oxunan: Qusarda "Zəfər Forumu" keçirildi – FOTO
101082
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.