Vergi cinayətinə görə 20 nəfər həbs edilib – SON 9 AYDA

Hazırda oxunan: Vergi cinayətinə görə 20 nəfər həbs edilib – SON 9 AYDA

101043

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda cinayət işləri üzrə keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan edilmiş 20 nəfər şəxs tutularaq müvafiq qaydada təhvil verilib.

Bizim.Media bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Bundan başqa, məlumata görə, ibtidai istintaqdan yayınan 977 nəfər şəxs dindirilməsi üçün məcburi gətirilib, 1204 nəfər şəxsin yeri müəyyən edilməklə istintaqa məlumat verilib və 460 şəxsin tapılaraq istintaqa gəlməsi təmin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin