Space televiziyasında yayımlanan “El bizim, sirr bizim” verilişində yenə qalmaqal yaşanıb.
Bizim.Media xəbər verir ki, tanınmış jurnalist Elçin Əlibəylinin müəllifi olduğu layihədə bu dəfə mövzü “Elektron kitab yoxsa, ənənəvi kitab” olub.
Qonaqlar müzakirə zaman yenə bir-birləri ilə razılığa gələ bilməyiblər. Verilişdə maraqlı məqam isə gənc yazıçı Anar Aminin fikirləri olub.
O, xüsusi ehtirasla ənənəvi kitab oxumağın tərəfdarı olduğunu deyərək, hətta kitabları qadınlarla müqayisə edib.
“Mənim üçün kitab gözəl qızdır, mən onunla sevişmək istəyirəm. Mən elektron kitab oxuya bilmirəm. Əgər mən ona toxunub hiss etməyəcəmsə, daha onun nəyini oxuyum. Elə bil gözəl qıza televizorda baxırsan. Xanıma toxunduğum kim,i kitaba da toxunub onu hiss etməliyəm”,- deyə o, mövzu haqqında qalmaqallı fikir bildirib.
Verilişdən olan videogörüntü sosial şəbəkələrdə yayılaraq, geniş müzakirə olunub.
İzləyicilər ən çox reytinq yığmaq üçün bu cür kadrları efirlərdə yayımlamağına icazə verdiklərinə görə televiziya rəhbərlərini qınayırlar.
Bizim.Media