Əmək kitabçaları dövriyyədən çıxarılacaq

Hazırda oxunan: Əmək kitabçaları dövriyyədən çıxarılacaq

10093

2020-ci ildə əmək münasibətləri və məşğulluq alt sisteminin yaradılmasına başlanılıb.

Bizim.Media xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli mətbuat konfransında deyib.

Agentlik sədri bildirib ki, bu sistem ölkənin əmək qanunvericiliyinin, məşğulluq siyasətinin, eyni zamanda kitab inzibatçılığının böyük ölçüdə elektronlaşdırılmasına gətirib çıxaracaq:

“Bu sistem bizə imkan verəcək ki, mərhələli şəkildə kağız əmək müqavilələrini ləğv edək, eyni zamanda əmək kitabçalarının dövriyyədən çıxarılmasını həyata keçirək.

Bundan əlavə ezamiyyə vərəqələrini, kağız üzərində əmrləri, ştat cədvəllərini, digər kağız daşıyıcılarını ləğv edərək elektron müstəviyə çekməyi nəzərdə tuturuq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin