32 erməni öldürən"Canavar" Xızıda anıldı - VİDEO

Hazırda oxunan: 32 erməni öldürən"Canavar" Xızıda anıldı - VİDEO

100910

Xızı rayonunda Vətən Müharibəsi şəhidi, Xüsusi Təyinatlıların əsgəri olmuş Alik Şakir oğlu İsayevin anım mərasimi keçirilib. 

Bizim.Media-nın şimal bürosunun məlumatına görə, anım mərasimində Xızı sakinləri, rayon rəsmiləri, şəhid ailələri və qazilər iştirak edib. Xızı qəsəbə qəbristanlığında dəfn olunan şəhid Alikin məzarı ziyarət olunub, önünə güllər düzülüb.  

Xızı İH başçısı Xəzər Aslanov şəhid Alikin ailəsinə başsağlığı verib, dövlətin həmişə onların yanında olduğunu bildirib. Vətən savaşının Cəbrayıl, Füzuli, Zəngilan rayonlarının, Hadrut qəsəbəsinin alınmasında fəal iştirak edən 19 yaşlı əsgər Şuşa ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.  

Atası Şakir İsayev oğlu şəhid olana qədər onun müharibədə olduğunu bilmədiklərini deyib:

"Bizə heç nə demirdi, təkcə “əsgərliyim yaxşı keçir, narahat olmayın" deyirdi": 

“Oğlum döyüşlərdə "canavar" ləqəbi ilə tanınıb. Bunu əsgər yoldaşları danışıb bizə. Danışıblar ki, Alik ermənilərin sanitar tibbi avtomaşınında olan 32 ermənini təkbaşına məhv edib. Müharibə qaydalarına görə sanitar maşınlara atəş açılmamalıdır. Əvvəlcə erməni tərəfi bizim sanitar avtomobilimizə atəş açıblar. Alik üstündə gəzdirdiyi 67 kiloqramlıq silahı ilə ( 36 kiloqram elə təkcə gülləlləri idi) həmin sanitar avtomaşınını darmadağın edib. Sonradan məlum olub ki, ermənilərin sanitar maşınında olanlar əslində tibb heyəti deyil, ermənilərin zabit-əsgər heyəti imiş”.  

Onun sözlərinə görə, Alik həmin avtomaşının üstünə aşması nəticəsində şəhid olub.

Azərbaycan tərəfi onun meyitini ermənilərdən daha 5 şəhid verərək geri alıb. O, şəhid olanda daha 2 əsgər isə ağır yaralanıb.  

Şakir İsayev oğlu ilə fəxr etdiyini deyib: 

“Mən 19 yaşlı oğlumun, müharibə olmasaydı, bu qədər qoçaq, yoldaşları demiş, düşmənin üstünə canavar kimi şığıyan olduğunu bilməzdim”.  

Qeyd edək ki, Alik İsayevin döyüş şücaətləri Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 9 döyüş medalı və "Azərbaycan Bayrağı" ordeni ilə qiymətləndirilib. İsayevlər ailəsi əslən Gürcüstan Respublikasındandır. Şəhid Alik İsayev özü 2001-ci ildə Xızıda doğulub.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 

















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin