Azərbaycanda bəzi vəkil büroları Vəkillər Kollegiyasının Rəyasət Heyətinin monitorinq qrupuna illik gəliri 10 min manatdan çox olan vəkillərin fəaliyyəti ilə bağlı sorğusuna cavab verməyib.
Bizim.Media xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının dövlət hesabına həyata keçirilən hüquqi yardımla bağlı monitorinqin nəticələrinə dair ümumrespublika müşavirəsində bildirilib.
Qeyd olunub ki, həmin sorğuya növbətçilik cədvəlləri, dövlət hesabına həyata keçirilən hüquqi yardımla bağlı cinayət təqibini həyata keçirən orqanın və ya məhkəmə qərarlarının surəti, vəkil hesabatları və orderləri və s daxildir. Tələb olunan sənədlər üçün hər büroya 5 gün də müddət verilmişdi. Ancaq sorğular vaxtında və lazımınca icra olunmayıb. Heç bir büro bu müddətə əməl etməyib.
Ən gec cavabı verən büro isə Hacıqabulda fərdi qaydada fəaliyyət göstərən vəkil Füzuli Eyvazovdur. O məlumatları keçən ayın 20-də təqdim edib.
Bakı şəhəri üzrə sorğuya 8 və 10 saylı vəkil büroları cavab verməyib.
Regionlar üzrə 26 vəkil bürosuna sorğular göndərilib. Sorğuya cəmi 6 region cavab verib.
Regionlar üzrə sorğuya cavab verməyən vəkil büroları aşağıdakılar:
Astara rayon Vəkil Bürosu
Cəlilabad rayon Vəkil Bürosu
Gəncə 1 saylı Vəkil Bürosu
Lənkəran rayon Vəkil Bürosu
Mingəçevir şəhər Vəkil Bürosu
Salyan rayon Vəkil Bürosu
Şəmkir rayon Vəkil Bürosu
Şirvan rayon regional Vəkil Bürosu
Tərtər rayon Vəkil Bürosu
Xaçmaz rayon Vəkil Bürosu
Xırdalan şəhər Vəkil Bürosu
Yevlax rayon Vəkil Bürosu
Sorğuya cavab verməyən fərdi vəkillər isə aşağıdakılardır:
Abdullayev Etibar Vaqif oğlu
Ağayev Nəsrulla Qiyas oğlu
Abbasov Nəvahi Novruz oğlu
Əliyev Mahir Müşafiq oğlu
Nəbizadə Arif Murad oğlu
Hümbətov Elxan Əlihümbət oğlu
Nəzərov Yəhya Qürbət oğlu
Sənanzadə Xəyal Natiq oğlu
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:35 / 24.10.2022
Gəlirləri barədə məlumat verməyən vəkillər - SİYAHI
Hazırda oxunan: Gəlirləri barədə məlumat verməyən vəkillər - SİYAHI
Hazırda oxunan: Gəlirləri barədə məlumat verməyən vəkillər - SİYAHI
100899
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.