Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün növbəti müsahibə elan edib.
Komitədən Bizim.Media-ya verilən xəbərə görə, aşağıdakı vakant vəzifələrin tutulması üçün müsahibə elan edilib:
Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi “Heydər” məscidi – imam vəzifəsi
Suraxanı rayonu, “Fatimeyi-Zəhra” məscidi – Qadın dini ayinlərin icraçısı vəzifəsi
Xəzər rayonu, Zirə qəsəbəsi “Cümə” məscidi - imam vəzifəsi
Sabunçu rayonu, Sabunçu qəsəbə məscidi - imam müavini vəzifəsi
Yasamal rayonu, “Hacı Cavad” məscidi - imam vəzifəsi
Xızı qəsəbə məscidi – imam müavini vəzifəsi
Sumqayıt şəhəri, “Cümə” məscidi – Qadın dini ayinlərin icraçısı vəzifəsi
Gəncə şəhəri, Bala Bağman “Fatimeyi-Zəhra” məscidi - Qadın dini ayinlərin icraçısı vəzifəsi
Şəki şəhəri, “Mərkəzi Cümə” məscidi - Qadın dini ayinlərin icraçısı vəzifəsi
Zaqatala şəhəri, “Cümə” məscidi - Qadın dini ayinlərin icraçısı vəzifəsi
Qax rayonu, Ləkit kənd “Cümə” məscidi - imam müavini vəzifəsi
Lənkəran rayonu, Separadi kənd məscidi - imam müavini vəzifəsi
Lənkəran rayonu, Böyük bazar “Cümə” məscidi - Qadın dini ayinlərin icraçısı vəzifəsi
Lerik şəhəri “Cümə” məscidi - imam müavini vəzifəsi
Lerik rayonu, Gürdəsər kənd məscidi - imam müavini vəzifəsi
Astara rayonu, Kijəbə qəsəbəsi Lovayın kənd məscidi - imam müavini vəzifəsi
Astara rayonu, Şuvi kənd məscidi - imam müavini vəzifəsi
Masallı rayonu Şıxlar kənd məscidi - imam müavini vəzifəsi
Cəlilabad şəhəri, “Şəhidlər” məscidi - imam vəzifəsi
Xaçmaz şəhəri, “Təzə şəhər” məscidi - imam müavini vəzifəsi
İmişli şəhəri, “Məşədi Həbib” məscidi - imam vəzifəsi
İmişli şəhəri, “Cümə” məscidi - imam müavini vəzifəsi
İmişli rayonu, Allahmədətli kənd “Əhli-beyt” məscidi - imam müavini vəzifəsi
Saatlı şəhəri, “Şeyx Yusif” məscidi - imam vəzifəsi
Saatlı rayonu, Mustafabəyli kənd “İmam Əli” məscidi - imam müavini vəzifəsi
Sabirabad rayonu, Qaragüney kənd “İmam Hüseyn” məscidi - imam müavini vəzifəsi
Salyan rayonu, Çuxanlı kənd “Hacı Cəbrayıl” məscidi - imam müavini vəzifəsi
Biləsuvar şəhəri, “Cümə” məscidi - imam müavini vəzifəsi
Biləsuvar rayonu, Nərimankənd kəndi “İmam Hüseyn” məscidi- imam müavini vəzifəsi
İsmayıllı rayonu, Lahıc qəsəbəsi “Bədöyün” məscidi - imam müavini vəzifəsi
Ağsu rayonu Pirhəsənli kənd məscidi – imam müavini vəzifəsi
Quba şəhəri, “Hacı Cəfər” məscidi - Qadın dini ayinlərin icraçısı vəzifəsi
Quba şəhəri, “Cümə” məscidi - Dini ayinlərin icraçısı-müəzzin vəzifəsi
Quba rayonu, Zərdabi qəsəbə məscidi - imam müavini vəzifəsi
Quba rayonu, Digah kənd məscidi - imam müavini vəzifəsi
Xaçmaz rayonu, Xudat şəhəri “İmam Hüseyn” məscidi - imam müavini vəzifəsi
Yardımlı şəhər məscidi - imam vəzifəsi
Yardımlı şəhəri, Əsədabad məhəllə məscidi - Dini ayinlərin icraçısı-müəzzin vəzifəsi
Ağcabədi rayonu, Şahsevən Təzəkənd kənd məscidi - imam müavini vəzifəsi
Bərdə şəhər “Cümə” məscidi - imam vəzifəsi
Şirvan şəhəri, “İmam Zeynalabdin” məscidi - imam vəzifəsi
Şəmkir rayonu, Çinarlı qəsəbə məscidi - imam müavini vəzifəsi
Şəmkir rayonu, Düyərli kənd məscidi - imam müavini vəzifəsi
Zərdab şəhəri “Cümə” məscidi - imam vəzifəsi
Müsahibədə iştirak etmək istəyən namizədlər 24 oktyabr 2022-ci il tarixindən 24 noyabr 2022-ci il saat 18:00-dək aşağıdakı sənədləri elektron qaydada [email protected] adresinə və ya kağız daşıyıcıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi 16, AZ 1001) təqdim etməlidirlər:
- Şəxsiyyət vəsiqəsinin surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;
- Tərcümeyi-hal;
- Dini ali və orta ixtisas təhsil haqqında sənədin notarial qaydada təsdiqlənmiş surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;
- Sağlamlıq haqqında arayış;
- Narkoloji dispanserdən arayış;
- Ruhi-əsəb dispanserindən arayış;
- Məhkumluq barədə arayış;
- Foto (3x4) (4 ədəd);
- Ərizə.
- Tələb olunan sənədlərdən əlavə namizəd özünün elmi-pedaqoji və yaradıcılıq fəaliyyəti barədə sənədləri də təqdim edə bilər.
Müsahibədə iştirakla bağlı sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət bitdikdən sonra müsahibənin keçirilməsi vaxtı və yeri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin internet saytında yerləşdiriləcək.
Əlaqə nömrələri:
(012) 497 02 53
(012) 492 62 29
(012) 437 31 15
(077) 209 60 70
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:19 / 24.10.2022
Məscidlərdə vakant vəzifələr üçün növbəti müsahibə - SİYAHI
Hazırda oxunan: Məscidlərdə vakant vəzifələr üçün növbəti müsahibə - SİYAHI
Hazırda oxunan: Məscidlərdə vakant vəzifələr üçün növbəti müsahibə - SİYAHI
100892
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.