Zaqatalada dövlətin vətəndaşlar üçün tikdiyi 5 min fərdi ev sənədləşdirildi - FOTO

Hazırda oxunan: Zaqatalada dövlətin vətəndaşlar üçün tikdiyi 5 min fərdi ev sənədləşdirildi - FOTO

100845

Zaqatalada dövlətin vətəndaşlar üçün tikdiyi 5 min fərdi ev sənədləşdirilib.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Zaqatala rayonunda təbii fəlakət nəticəsində dağılmış və yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına inşa edilmiş 5 min yaşayış evini sənədləşdirib. 

Bizim.Media bu barədə quruma istinadən xəbər verir. 

Məlumata görə, Prezident İlham Əliyevin “Ölkə ərazisində baş vermiş təbii fəlakətlərin, texnogen qəzaların və hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması ilə əlaqədar dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzilləri üzərində hüquqların rəsmiləşdirilməsi, habelə onların yerləşdiyi torpaq sahələri ilə bağlı bəzi məsələlərin tənzimlənməsi” haqqında 7 aprel 2022-ci il tarixli fərmanının icrası çərçivəsində Zaqatalada səyyar qeydiyyat xidmətləri göstərilib.

Vətəndaşlar heç bir quruma getmədən, əlavə vaxt itkisi olmadan daşınmaz əmlaklarına dair çıxarışları əldə edirlər. 

Fərmanın icrası çərçivəsində yerli icra hakimiyyəti orqanlarının təqdim etdiyi siyahıya uyğun olaraq (Gəncə, Şəki, Yevlax, Şirvan, Balakən, Beyləqan, Gədəbəy, Göygöl, İmişli, Kürdəmir, Qax, Qəbələ, Şamaxı, Zərdab) səyyar qeydiyyat xidmətlərinin göstərilməsini davam etdiriləcək. 

Fərmanın əhatə etdiyi şəxslərin adlı siyahısı emlak.gov.az saytında yerləşdiriləcək.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin