Kürdəmir rayonunda avtomobillərin altında qalan piyadanın bədəni bir neçə hissəyə parçalanıb.
Bizim.Media xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Karrar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Chevrolet” markalı nəqliyyat vasitəsinin sürücüsü, Bakı sakini Alızadə İsmayıl Sakit oğlu Kürdəmir rayonu istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən Kürdəmir rayon Ərəbqubalı kənd sakini Əliyev İlham Sabir oğlunu vurub.
Piyada zərbənin təsirindən yolun digər hissəsinə düşüb və digər avtomobillərin altında qalıb. Nəticədə piyadanın bədəni bir neçə hissəyə parçalanıb.
Dünyasını dəyişən şəxsin cəsədinin qalıqları yoldan yığılaraq aidiyyatı üzrə təhvil verilib. Report.az-ın məlumatına görə, faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
21:44 / 23.10.2022
Kürdəmirdə avtomobillərin altında qalan piyadanın bədəni parçalandı
Hazırda oxunan: Kürdəmirdə avtomobillərin altında qalan piyadanın bədəni parçalandı
Hazırda oxunan: Kürdəmirdə avtomobillərin altında qalan piyadanın bədəni parçalandı
100770
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.