Tərtərdə minaya düşən şəxsin müalicəsi davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bizim.Media-ya bildirib ki, bu gün saat 17 radələrində Tərtər rayonun Çaylı kəndi ərazisində rayon sakini Samir Əlizadə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
MÖVZU İLƏ BAĞLI:
Tərtərdə bir nəfər minaya düşdü - 2 ayağı amputasiya edildi
O, polis əməkdaşları tərəfindən dərhal xəstəxanaya yerləşdirilib, müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media