Xaçmazın Əbilyataq kəndində Azərbaycan-Ermənistan sərhədində düşmən təxribatının qarşısını alarkən şəhid olmuş Elnur Faiq oğlu Rüstəmovun 40 mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, rayon rəsmiləri, şəhid ailələri, qazilər, sakinlər əvvəlcə kənd qəbristanlığında şəhid Elnurun məzarını ziyarət edib, önünə gül dəstələri düzüblər.
Xaçmaz İH başçısı Elnur Rzayev, hüquq-mühafizə orqanlarının rəhbərləri şəhidin ailə üzvləri ilə görüşüb. Elnur Rzayev şəhidin atası Faiq Rüstəmova belə vətənpərvər oğulla yalnız öyünməli olduğunu tövsiyə edib.
Elnurun və hərbçi dostlarının düşmənin ayağının bir daha torpağımıza basmasına imkan vermədiklərini və əbədiyyətə qovuşduqlarını deyən rayon rəhbəri son erməni təxribatında qəhrəmancasına şəhid olan 81 hərbçimizin hər birini hörmətlə anıb.
Qeyd edək ki,Azərbaycan Silahlı Qüvvələrinin baş giziri olmuş Elnur Rüstəmov Vətən Müharibəsində də fəal iştirakı ilə seçilib.
O, Vətən savaşında Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", "Zəngilanın azad olunmasınz görə", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilmişdi. 33 yaşlı Elnur Rüstəmovun 3 oğlu qalıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
18:39 / 23.10.2022
Xaçmazda şəhid Elnur Rüstəmovun 40 mərasimi keçirildi - FOTO
Hazırda oxunan: Xaçmazda şəhid Elnur Rüstəmovun 40 mərasimi keçirildi - FOTO
Hazırda oxunan: Xaçmazda şəhid Elnur Rüstəmovun 40 mərasimi keçirildi - FOTO
100752
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.