Tədbiri giriş sözü ilə Yardımlı rayon İcra başcısının birinci müavini Azər Xamıyev açaraqxa0 tədbir iştirakcılarını salamlayıb və mövzunun əhəmiyyəti barədə tədbir iştirakcılarına geniş məlumat verib.xa0 Təşkilatın İcracı direktoru Tələt Qəribov problemin aktuallığı vəxa0 onun fəsadları barədə geniş məruzə ilə cıxış edib.
Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun məsul əməkdaşı Raqif Allahverdiyev cıxış ederək dövətimizin bu problemlərin həllində gördüyü işlərdən bəhs edib.xa0xa0 Yardımlı rayon polis idarəsi cinayət-axtarış şöbəsinin əməkdaşı, polis leytenantı Abbas Rüstəmzadə öz çıxışında bu sahədə rayonda görülən profilaktik tədbirlərdən danışıb. Rayon Təhsil şöbəsinin müdür müavini Vəli Nağıyev, rayon Gənclər İdarəsinin rəis müavini Rövşən Süleymanov vəxa0 təqaüdcü Hüseyn müəllim cıxış edərək bu cür tədbirlərin maarifləndirici əhəmiyyətindən danışıblar və bu kimi tədbirlərin davamlı xarakter daşımasını arzulayıblar.
Tədbirdə Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuzxa0 Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun məsul əməkdaşı Şahin İsmayılov və Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Radiasiya problemləri institunun elmi işcisi Sadiq Həsənov ekspert qismində iştirak ediblər. Tədbirin sonundaxa0xa0iştirakçılara maarifləndirici bukletlər paylanıb.



































































































