Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 78 və 90-92 nömrəli yaşayış binasının arxa hissəsində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb. 
Bizim.Media xəbər verir ki, Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, əraziyə keçirilən baxış zamanı ümumilikdə 13 şam ağacının kəsildiyi, kəsilmiş ağaclardan 9-nun bioloji inkişafda, 4-nün isə quru olduğu müəyyən olunub. 
Araşdırma zamanı ağacların Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən götürüldüyü məlum olub.
Faktla bağlı akt, protokol tərtib edilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
							11:35 / 22.10.2022
							
						Bakıda 13 şam ağacı kəsilib
						
							
								Hazırda oxunan: Bakıda 13 şam ağacı kəsilib							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: Bakıda 13 şam ağacı kəsilib							
						100601
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

























































































