Bakı-Sumqayıt yolunda ard-arda beş maşın vuran sürücü hadisənin necə baş verdiyi barədə məlumat verib.
Bizim.Media xəbər verir ki, BAKU.TV-yə açıqlama verən sürücü Elməddin Abbasov qeyd edib ki, özü şəkər xəstəsidir və meyvə alveri ilə məşğuldur:
“2009-cu ildən şəkər xəstəliyindən əziyyət çəkirəm. Məndə şəkər qalxıb-düşür. Ona görə də cibimdə həmişə konfet gəzdirirəm.
Hadisə günü “Meyvəli” bazarında işimlə əlaqədar çıxandan sonra bir konfet yeyib yola düşmüşəm. 6-cı mikrorayona getməli idim, gedib çıxmışam Sumqayıta. Sosial şəbəkələrdə bilib bilmədən danışanlara demək istəyirəm ki, şəkər xəstəsiyəm və komada olmuşam”.
Sürücü onu da əlavə edib ki, işi maşınla meyvə alıb-satmaqdır:
“Bugünə qədər belə bir problem yaşamamışdım. Ailəmi, uşaqlarımı bu iş sayəsində dolandırıram”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
22:34 / 21.10.2022
Bakı-Sumqayıt yolunda beş maşın vuran sürücü DANIŞDI – “Komada olmuşam” - VİDEO
Hazırda oxunan: Bakı-Sumqayıt yolunda beş maşın vuran sürücü DANIŞDI – “Komada olmuşam” - VİDEO
Hazırda oxunan: Bakı-Sumqayıt yolunda beş maşın vuran sürücü DANIŞDI – “Komada olmuşam” - VİDEO
100553
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.