Məhkəmə müstəntiq barəsində xüsusi qərar çıxardı

Hazırda oxunan: Məhkəmə müstəntiq barəsində xüsusi qərar çıxardı

100536

Binəqədi rayon Polis İdarəsinin müstəntiqi Rəşad Cəfərovun barəsində xüsusi qərar çıxarılıb, barəsində araşdırma aparılması tələb olunub.

Bizim.Media xəbər verir ki,  bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən iclasda elan olunub.

Buna səbəb Bakının Binəqədi rayonunda yerləşən"099" çay evində baş verən bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən Sədullah Sərdari və Orxan Abbasovun hüquqlarının müstəntiq tərəfindən pozulması olub.

Həmçinin cinayət işi üzrə material yenidən araşdırılması üçün istinataqa qaytarılıb.

Məhkəmədə məlum olub ki, Sədullah Sərdari istintaqın sonunda iş materiaları ilə tanış olmadığı halda onun cinayət işi ilə tanış olmasına dair protokola imza atılıb.

Əslində isə həmin zaman,  yəni 2022-ci il iyulun 7-də və 8-də Sədullah Sərdari Sumqayıt şəhər Polis İdarəsinin müvəqqəti saxlanma yerində başqa bir cinayət işi üzrə saxlanılıb. Bu səbəbdən də iş materialları ilə tanış olması mümkün olmayıb.
Qeyd edək ki, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmək), 221.3-cü (xuliqanlıq) maddəsi ilə ittiham elan olunub.

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin