Xocavənddə xarici şirkətə məxsus yük avtomobilini oğurlamaqda təqsirləndirilən Elnur Alıpaşayev, Zahir Əsədullayev və İsmayıl Məmişovun cinayət işi üzrə ibtidai məhkəmə prosesi başa çatıb.
Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Elnur Alıpaşayev 5 il, Zahir Əsədullayev 2 il 6 ay və İsmayıl Məmişov isə 2 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Xocavənd rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə rayon ərazisində xarici şirkətə məxsus “Hovo” markalı yük maşınını oğurlamaqda şübhəli bilinən Elnur Alıpaşayev, Zahir Əsədullayev və İsmayıl Məmişov saxlanılıblar.
Araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər əvvəlcədən razılaşaraq şirkətin olduğu yerə gəliblər və bir müddət sonra nəqliyyat vasitəsini rayon ərazisindən oğurlayaraq Sumqayıt şəhərinə aparıblar.
Polis əməkdaşları tərəfindən avtomobilin də yeri aşkar edilərək maddi sübut kimi götürülüb.
Cinayət işi üzrə “Kolin İnşaat Turizm Sənayi və Ticarət Anonim Şirkəti”nin Azərbaycandakı nümayəndəliyi zərərçəkmiş qismində tanınıb.
Şirkətin baş ofisi Türkiyədə yerləşir.
Şirkət işğaldan azad olunmuş ərazilərdə bir sıra tikinti işləri ilə məşğuldur.
Eldar Məmmədli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:20 / 21.10.2022
Xocavənddə xarici şirkətdən oğurluq edənlərə HÖKM OXUNDU
Hazırda oxunan: Xocavənddə xarici şirkətdən oğurluq edənlərə HÖKM OXUNDU
Hazırda oxunan: Xocavənddə xarici şirkətdən oğurluq edənlərə HÖKM OXUNDU
100517
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.