Karantin rejimi uzadılacaqmı? - AÇIQLAMA

Hazırda oxunan: Karantin rejimi uzadılacaqmı? - AÇIQLAMA

100514

“Noyabrın 1-də karantin rejiminin vaxtı başa çatır. Mən bir mütəxəssis kimi hesab edirəm ki, karantin rejiminin uzadılmasına heç bir ehtiyac yoxdur. Çünki, COVİD-19 artıq dəfələrlə mutasiyaya uğrayıb və ölümcüllük təhlükəsini itirib. Bu artıq mövsümi qripə çevrilib. Artıq dünyanın heç bir yerində COVİD-19 əvvəlki kimi qorxulu hesab edilmir. Ona görə də pandemiya qaydalarını yenidən tətbiq etməyə və karantin rejimini uzatmağa lüzum yoxdur”. 

Bu fikirləri Bizim.Media-ya açıqlamasında həkim Aydın Əliyev söyləyib.

O, bir məsələni də təəssüflə bildirib ki,  bəzi təşkilatlar hələdə maska tələbindən əl çəkməyib.Hətta bəzi dövlət müəssisələri var ki, öz işçilərinə və qonaqlara maska geyinməyi tələb edir.  Dövlət səviyyəsində belə bir qayda yoxdur. Maska geyinmək tələbi, məcburiyyəti yoxdur. Kim bunu edirsə qeyri-qanuni edir”. 

Aydın Əliyev bir vacib məqama da toxundu:

“Bizim dövlət qurumları karantin qaydalarını uzatmağı Ümumdünya Səhiyyə Təşkilatının qərarına bağlayırlar. Deyilir ki, ÜST pandemiyanın qurtardığını elan etsə ölkəmizdə də karantin rejimi aradan qaldırılacaq. Unutmayaq ki, pandemiya kompaniyasının uzanması ÜST-nin maraqlarına xidmət edir. Çünki, pandemiyə dövrü uzandıqca quruma edilən yardımların da həcmi artır. Ona görə də inanmıram ki, ÜST yaxın vaxtlarda pandemiyananın sona çatdığını elan etsin”.

Surxay Atakişiyev, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin