“Azərbaycanda insanlar rus dilinə imperiya dili kimi baxırlar”x9d

Hazırda oxunan: “Azərbaycanda insanlar rus dilinə imperiya dili kimi baxırlar”x9d

100503
“Rusiyanın beynəlxalq aləmdə siyasi mövqeyi yüksəldikcə, Azərbaycanda rus dilində danışanların sayı artır”x9d.xa0

Moderator.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında media eksperti Qulu Məhərrəmli hazırda bəzi dövlət və özəl müəssisələrində əməkdaşlar arasında, eləcə də ictimai yerlərdə rus dilinin yenidən populyarlaşmasına münasibət bildirərkən xa0deyib. Ekspert bu cür yanaşmanı qeyri-normal hesab edir:xa0

“Rus dilindən mədəniyyət dili, xalqlar arasında ünsiyyət vasitəsi kimi istifadə olunması normaldır. Lakin bu dili heç bir halda imperiya dili kimi qəbul etmək olmaz”x9d.

Q. Məhərrəmli hazırda rus dilinə yanaşmada iki problem olduğunu bildirir: “Əgər rus dilinə seçim dili kimi yanaşırıqsa, bu normaldır. Çünki Azərbaycanda demək olar ki, çox adam rus dilində təhsil alıb. Yox, əgər biz rus dilinə imperiya dili kimi yanaşırıqsa, bu biabırçılıqdır. Müşahidələrimə görə, Azərbaycanda insanların çoxu təəssüf ki, rus dilinə ünsiyyət vasitəsi kimi yox, imperiya dili kimi baxır”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin