Gənclər arasında QƏFİL ÖLÜMLƏR – Həkimdən omikron XƏBƏRDARLIĞI

Hazırda oxunan: Gənclər arasında QƏFİL ÖLÜMLƏR – Həkimdən omikron XƏBƏRDARLIĞI

100494

Son vaxtlar gənclər arasında qəfil vəfat edənlərin sayı artıb. Heç bir xəstəliyi olmayan gənclərin qəfil dünyasını dəyişməsi insanlar tərəfindən birmənalı qarşılanmır və bu hal hər kəsi qorxudur. Son bir neçə həftədə “Azərbaycanda məktəbli dərs vaxtı vəfat etdi”, “Məktəbli qəfildən öldü”, “Tələbə qəfil həyatını itirdi” kimi başlıqlı xəbərlər təəssüf ki, gündəmdə yer alıb.

Bəs gənclər arasında qəfil ölümlərin artmasında səbəb nələrdir?

Tibb sahəsi üzrə ekspert, terapevt Rasif Bağırov Bizim.Media-ya mövzu ilə bağlı açıqlama verib.
 

MÖVZU İLƏ BAĞLI:

Oktyabrın 1-dən maska tələbi QÜVVƏYƏ minir? – “Omikron” çoxalıb” – TƏBİB 


Həkimin sözlərinə görə, yeniyetmələr, gənclər arasında ani ölümlərin baş verməsinin əsas səbəbləri adətən ürək xəstəlikləri ilə bağlı olur:

“Qəfləti ölümlərin əsas səbəbi ürək-damar sisteminin xəstəlikləri ilə bağlı olur. Bəzən bu xəstəlik onlarda anadangəlmə yaransa da, zamanla bədəndə gedən dəyişikliklər, təsirlər orqanizmdə trombotik prosesin yaranmasına səbəb ola bilir. Və ya intihara özünü təşviq edərək həyatına son qoyan gənclərdə isə əksəriyyətində sinir sistemində problemlər müşahidə olunur. Xüsusilə ailəsində irsi xəstəliklər olan, ani ürək ölümləri olan insanlar mütləq bu hallara qarşı ciddi yoxlanmalıdır.

Həmçinin oturaq həyat tərzi, stress, gərginlik, gənclərin davamlı istirahət etmədən çalışması, düzgün qidalanmama, erkən yaşda siqaretdən istifadə ürəyin işemik xəstəliyini daha gənc yaşlarda büruzə verməsinə səbəb olur ki, bu da ani ölümlərə gətirib çıxardır. Ürək müəyyən siqnallar verir, sadəcə biz buna diqqət etmirik”. 

R.Bağırov həmçinin “Omicron” virusunun aktivləşdiyini qeyd edərək, son dönəmlərdə insanların səhhətinə vurduğu zərərləri də diqqətə çatdırıb:

“Hazırda ən çox rast gəldiyimiz hal isə "Omicron" koronavirus növü aktivləşməsidir. Bu da elə bir formadır ki, xəstələr hər hansı ciddi ağrı hiss etmirlər. Amma fəsadlar, nasazlıqlar 15-20 gün sonra özünü üzə vurur. Nəticədə xəstələrin bədənində trombun əmələ gəldiyini görürük.
Elə bu yaxınlarda da 34 yaşlı bir şəxs həyatını itirdi, araşdırmalar nəticəsində bilindi ki, şəxs "Omicron" a yoluxub sadəcə həkimə vaxtında müraciət etməyib və tromblaşma ürəyinə ciddi zərər vurub. Ona görə də ağrı hiss edən xəstələr hökmən həkimə müraciət etməlidirlər”, - deyə qeyd edən həkim R.Bağırov vətəndaşları səhhətlərinə biganə qalmamağa səsləyib.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin