Türkan avtobusunda DAVA – Tibb bacısı psixi xəstənin başını pəncərəyə VURDU - FOTOFAKT 

Hazırda oxunan: Türkan avtobusunda DAVA – Tibb bacısı psixi xəstənin başını pəncərəyə VURDU - FOTOFAKT 

100466

Iki gün əvvəl Türkan qəsəbəsindən Mərdəkan istiqamətinə hərəkət edən 101 saylı marşurutda dava düşüb. Avtobus hərəkətdə olarkən qəsəbə sakini, psixi xəstə Səbinə Dadaşova həmin qəsəbənin digər sakini, 17 saylı Şəhər Polinklinikasının tibb bacısı Yeganə Yaqubova tərəfindən döyülüb. 

Bu barədə Bizim.Media-ya Səbinə Dadaşova məlumat verib. Onun sözlərinə görə 101 saylı avtobusda əyləşib və qulağında qulaqcıq olub. Bu zaman başının üstündə dayanan Yeganə Yaqubova onu dümsükləməyə başlayıb. Tibb bacısının bu hərəkətindən əsəbiləşən Səbinə Dadaşova “nə var, məndən nə istəyirsən?” - deyə qışqırıb.

Yeganə Yaqubova isə psixi xəstənin saçından tutaraq başını bir neçə dəfə avtobusun pəncərəsinə çırpıb. Sonra onu yumruqla vurub. Bu zaman orada olan vətəndaşlar və sürücü olaya müdaxilə edərək qadını tibb bacısının əlindən alıblar və Yeganə Yaqubovaya “bu xəstədir, onunla nə işiniz var?” deyə bildiriblər. 

Səbinə Dadaşovanın sözlərinə görə başında xəsarətlər və ağrılar var:

“Onunla heç vaxt problemimiz olmayıb. Tez-tez avtobusda görürəm. Məni döyməsində məqsəd qardaşımın yoldaşı ilə olan ədavətə görədir. Onun qisasını məndən alıb. Bir müddət əvvəl qardaşının yoldaşı 17 saylı polinklinikada ginekoloq Fidanə xanımın yanına gedib. Həkim problemi ilə bağlı ona müalicə yazıb. Müalicəni isə ginekoloqun xəbəri olmadan tibb bacısı Yeganə edib. Gəlnimiz isə həkimi Yeganənin özbaşınalıqlarından xəbərdar edib. Həkim onu tənbeh edib və söyüb. Yəqin ona görə mənə əl qaldırıb. Amma mənim nə günahım var ki?” 

Şikayətçi Xəzər Rayon Polis Şöbəsinə Yeganə Yaqubovdan şikayət edib və aldığı xəsarətlərlə bağlı ona ekspertiza təyin olunub:

“İki gündür Yeganə xanım telefonuma yazır ki, şikayət ərizəsini geri götürüm. Mən onun bu mesajlarını da polisə təqdim etmişəm. Bu nə deməkdir? Hər yoldan keçən məni döyməlidir?”

Məsələ ilə bağlı 101 saylı marşurutun sürücüsü Seymur Quliyev də saytımıza açıqlama verib.

O, deyib ki, sükan arxasında olarkən salondan səs-küy eşidib və sərnişinlərə sakitçiliyə riayət etmələrini istəyib:

“Mən kimin kimi döyməsini görmədim. Çünki diqqətim yolda idi. Davanın olduğunu başa düşüb avtobusu saxladım, sonra sakitçilik oldu və yoluma davam etdim. Mübahisə edən xanımlar isə ayrı-ayrı yerlərdə düşdülər”.

Olayda adıçəkilən Yeganə Yaqubova isə Səbinə Dadaşovaya əl qaldırdığını inkar edir:

“Mənə yaraşar ki, bu yaşımda kimisə döyüm? O qışqırıb və əl atıb, mən isə əlinə vurmuşam ki, “niyə qışqırırsan?” Yalan deyir, heç bir xəsarəti yoxdur. Ola bilsin ki, özü başını harasa və ya dəmirə vurub. Bəlkə məqsədi var? Pul almaq istəyir, bilmirəm...Mən o qızı tanıyıram. Evsiz-eşiksizdir, doğmaları da ona yaxın durmur. Əlimi vurdum ona ki, söz deyim.

Bir iki dəfə cəhd etdim, qışqırdı. Əlini atdı. Camaatın yanında pərt oldum. Dedim adam böyüyə səs çıxarmaz, sakit durdu. Amma döymək filan olmayıb. İstəyirdim ki, onu 5-3 manatlq işə göndərim. Bütün Türkana 2 ildir kömək edirəm, dindar adamam. Qardaşının yoldaşını təmənnasız müalicə etmişəm. Xəstələrin hamısı tanıyır ki, xeyriyyəçiyəm. 17 saylı Şəhər Polinklinikasında “akuşerka” kimi çalışıram. Yaşlı qadınam, mənə yaraşmaz belə şeylər...”, - deyə o, qeyd edib. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin