Daxili İşlər Nazirliyi Tərtərdə baş verən yol qəzası ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, oktyabrın 20-də saat 12 radələrində Tərtər şəhəri ərazisində Səhləbad kənd sakinləri P.Sabirzadənin idarə etdiyi “KİA” və T.Cabbarovun idarə etdiyi “Toyota Pirus” markalı avtomobillər toqquşub, sonradan “Toyota Pirus” markalı avtomobil yolun kənarında dayanmış rayon sakini R.Səmədova məxsus “Mercedes” markalı mikroavtobusa dəyib.
Nəticədə T.Cabbarovun sərnişini Xəyal Rüstəmzadə hadisə yerində ölüb, avtomobillərdə olan 8 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:32 / 21.10.2022
DİN-dən Tərtərdə baş verən yol qəzası ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: DİN-dən Tərtərdə baş verən yol qəzası ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: DİN-dən Tərtərdə baş verən yol qəzası ilə bağlı AÇIQLAMA
100427
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.