Erməni əsirliyində olan daha bir hərbçimiz Azərbaycana qaytarılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin rəhbəri general Rüstəm Muradov deyib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan beş erməni əsirini geri qaytardı - YENİLƏNDİ
"Şəxsən mənim nəzarətim altında rus sülhməramlılarının apardıqları iş nəticəsində Rusiya Hərbi Kosmik Qüvvələrinin təyyarəsilə əsirlikdə olan bir nəfər Bakıya çatdırıldı, 5 nəfər isə İrəvana qaytarıldı”,- deyə Muradov bildirib.
Bizim.Media