Bütün ümumi təhsil müəssisələri Nizam-İntizam Şurası (NİŞ) yaratmalıdır.
Bizim.Media xəbər verir ki, bu barədə "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları" ilə bağlı layihədə qeyd olunub.
Bildirilib ki, NİŞ adətən məktəb rəhbərliyi, təhsilverənlər (sinif rəhbəri, fənn müəllimləri, psixoloqlar və s.) və ən azı bir valideyn daxil olmaqla 5-7 nəfərdən ibarət olur.
Direktor şuranı aşağıdakı hallarda toplaya bilər:
- qayda pozuntusunun səviyyəsini müəyyən etmək və/ və ya müvafiq intizam tədbirinin tətbiqi zərurəti yarandıqda
- valideynqanuni nümayəndə övladı barədə verilmiş intizam tədbiri qərarına rəsmi şəkildə etiraz etdikdə
- məktəbdaxili nizam-intizam qayda və prosedurlarını yenidən nəzərdən keçirməyə ehtiyac olduqda
Eyni zamanda qeyd edilib ki, şagirdə yaşıl kart müvafiq şəxslərin (sinif rəhbəri, fənn müəllimi, UBTR və s.) təqdimatı əsasında Nizam İntizam Şurasının qərarı ilə verilə bilər və Sinif Davranış jurnalında qeydiyyatı aparıla bilər.
Bildirilib ki, şagird yaşıl kart aldıqdan sonra sarı xəbərdarlıq məktubu alarsa, 1 yaşıl kartı, narıncı və qırmızı xəbərdarlıq məktubu aldıqda isə 2 yaşıl kartı ləğv olunacaq.
Hər yarımilin sonunda yaşıl kartların sayına uyğun olaraq şagirdlər tərifnamə, təşəkkürnamə və fəxri fərman ilə təltif olunacaq.
3 yaşıl kart olarsa şagirdə tərifnamə veriləcək.
Şagirdə cari yarımil ərzində narıncı xəbərdarlıq məktubu verilibsə, onun tərifnamə alması üçün yaşıl kartlarının sayı ən azı 5 olmalıdır. Şagirdə qırmızı xəbərdarlıq məktubu verilibsə ən azı 8 yaşıl kartı olmalıdır.
5 yaşıl kart olarsa şagirdə təşəkkürnamə veriləcək.
Şagirdə cari yarımil ərzində narıncı xəbərdarlıq məktubu verilibsə onun təşəkkürnamə alması üçün yaşıl kartların sayı ən azı 8 olmalıdır. Şagirdin cari yarımildə qırmızı xəbərdarlıq məktubu varsa, ona təşəkkürnamə verilə bilməz.
8 yaşıl kart olarsa şagirdə fəxri fərman veriləcək.
Şagirdə cari yarımil ərzində narıncı və ya qırmızı xəbərdarlıq məktubu verilibsə, ona fəxri fərman verilə bilməz. Şagirdin təltifnamələri onun şəxsi işinə əlavə edilir.
Məktəb yuxarıda qeyd olunanlardan əlavə rəğbətləndirmə tədbirləri tətbiq edə bilər. Məktəb müəyyən hallarda şagirdi birbaşa olaraq fəxri fərmanla təltif edə bilər. (Məsələn, yerli və beynəlxalq olimpiadalarda, müsabiqələrdə yüksək nəticə göstərən şagirdlər və s.)".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:04 / 20.10.2022
Fəxri fərman üçün şagird 8 yaşıl kart almalıdır
Hazırda oxunan: Fəxri fərman üçün şagird 8 yaşıl kart almalıdır
Hazırda oxunan: Fəxri fərman üçün şagird 8 yaşıl kart almalıdır
100325
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.