“ASAN xidmət”də ödənişləri QR kodla ÖDƏMƏK İMKANI

Hazırda oxunan: “ASAN xidmət”də ödənişləri QR kodla ÖDƏMƏK İMKANI

100324

“ASAN xidmət”in “EPUL” platforması ilə birgə əməkdaşlığı çərçivəsində bank ödənişlərinin həyata keçirilməsi zamanı növbənin keçid qabiliyyətini artırmağa imkan verən innovativ həll təmin edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, vətəndaşlar Bakı şəhərində yerləşən “ASAN xidmət” mərkəzlərində sürücülük vəsiqələrinin dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, miqrasiya xidmətləri, həmçinin kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatı xidmətləri üzrə ödənişlərini xüsusi QR kodlar vasitəsilə həyata keçirə bilərlər.

“ASAN xidmət” mərkəzlərində vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirilir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin