Şagirdlərə saç rəngini dəyişmək və dar geyinmək qadağan oluna bilər

Hazırda oxunan: Şagirdlərə saç rəngini dəyişmək və dar geyinmək qadağan oluna bilər

100308

Uzun saçları olan şagirdlərə saçı açıq şəkildə məktəbə gəlməyə icazə verilməyə bilər. 

Bizim.Media xəbər verir ki, bu barədə “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” ilə bağlı layihədə qeyd olunub. 

Həmçinin bildirilib ki, şagirdlər şəxsi gigiyena qaydalarına riayət etməli; dərs zəngindən əvvəl üst geyimi (palto, papaq, kapüşonlu jaket və s.) çıxarmalı; ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarına aid qaydalara riayət etməli (məktəbli forması, ayaqqabı və s.); geyim səliqəli və təmiz olmalı; uzunluğu çiyindən aşağı olan saçları səliqəli şəkildə arxadan toplamalı; fiziki tərbiyə dərsləri üçün məktəbin geyim qaydalarına riayət etməlidirlər. 

Qaydalarda eyni zamanda, şagirdlərə qadağan olunan məsələlər də əksini tapıb.

Qeyd edilib ki, şagirdlərə çox dar geyim, hündürdaban ayaqqabı, dizdən yuxarı olan ətək, zinət əşyası və bahalı saat kimi aksesuarlar, qeyri-adi saç düzümü və saç rəngi, uzun və rəngli dırnaqlar, makiyaj, saqqal qadağandır. 
Ümumi təhsil müəssisələrindən yuxarıda qeyd olunanlara bağlı daxili qaydalar tərtib etmələri tələb olunur.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin