Bakıda bir sıra dələduzluq əməlləri törətməkdə təqsirli bilinən Ələddin Atakişiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bizim.Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə baş tutan iclasda prokuror ittiham nitqi ilə çıxış edib.
Prokuror Ələddin Atakişiyevin 7 il 6 ay müddətinə azadlıqdan mərhum edilməsini istəyib. Prokuror iş üzrə mülki iddiaların təmin olunması barədə qərar qəbul edilməsini təklif edib. Prosesdə çıxış edən zərərçəkmişlər isə onlara dəymiş ziyanın ödənilməsini istəyiblər.
Təqsirləndirilən şəxsin vəkili isə çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Növbəti proses noyabrın 3-də davam edəcək.
İttihama görə, əməkdar rəssam Yelena Haqverdiyeva dövlət qurumlarındakı sənədləşmə işlərini pul qarşılığında həll edə biləcəyini deyən Ələddin Atakişiyev tərəfindən aldadılıb.
Yelena Haqverdiyeva Ləhiş bağlarında yerləşən torpaq sahəsinə çıxarış almaqda köməklik etməsi üçün Atakişiyevə 15 min manat verib. Ələddin Atakişiyev həmin pulu mənimsəyərək dələduzluq edib.
Ələddin eyni əməli daha 6 nəfərə qarşı törədib. Bu şəxslər İdris Əliyev, Qasım Dadaşov, Rüfət Muradov, Çingiz Adıgözəlov, Rafiq Orucov və Kərim Cəfərovdur.
Qeyd edək ki, 1997-ci ildən Rəssamlar İttifaqının üzvü olan Yelena Haqverdiyeva 2018-ci ildə "Əməkdar rəssam" fəxri adına layiq görülüb.
İstintaq orqanı tərəfindən Ələddin Atakişiyevin barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.
Eldar Məmmədli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:12 / 20.10.2022
Prokuror əməkdar rəssama qarşı dələduzluq edən şəxsə cəza istədi
Hazırda oxunan: Prokuror əməkdar rəssama qarşı dələduzluq edən şəxsə cəza istədi
Hazırda oxunan: Prokuror əməkdar rəssama qarşı dələduzluq edən şəxsə cəza istədi
100303
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.