Şəhidlərin ruhuna hörmətsizlik edən direktor və müavinləri CƏZALANDIRILDI – RƏSMİ 

Hazırda oxunan: Şəhidlərin ruhuna hörmətsizlik edən direktor və müavinləri CƏZALANDIRILDI – RƏSMİ 

100301

İki həftə əvvəl Yasamal rayonu C.Cabbarlı adına 161 saylı orta məktəbin direktorunun tədbirdə şəhidlərin ruhunu yad etmək üçün 1 dəqiqəlik sükut zamanı ayağa qalxmamasın ilə bağlı video yayılmışdı. Yayılan video ictimaiyyətdə ciddi tənqidlərə səbəb olmuşdu. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi məsələni araşdırıb.

Qurumun mətbuat katibi Bəşarət Məmmədov Bizim.Media-ya açıqlamasında bildirib ki, araşdırma nəticəsində direktor və onun müavinlərinin əmək müqaviləsi üzrə vəzifə funksiyalarını keyfiyyətsiz yerinə yetirdikləri ortaya çıxıb:

“161 nömrəli tam orta məktəbin direktoru Ruhiyyə Tağıyevaya, təlim-tərbiyə işləri üzrə direktor müavini Əsmər Əliyevaya, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Ülviyyə Şükürovaya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin A bəndinə əsasən, intizam tənbehi kimi töhmət verilib”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin