“Zetnet” internet provayderi “Rebuild Karabakh” sərgisində iştirak edir - FOTO

Hazırda oxunan: “Zetnet” internet provayderi “Rebuild Karabakh” sərgisində iştirak edir - FOTO

100265

Hazırda Azərbaycanın bir çox bölgələrində - Bakı və Abşeron yarımadasında, respublikanın müxtəlif yerlərində və xüsusi olaraq Qarabağda yüksək sürətli internet xidməti təqdim edən “Zetnet” internet provayderi “Rebuild Karabakh” sərgisində iştirak edir.

“Rebuild Karabakh” - 2-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisində Azərbaycan, İran İslam Respublikası, Qazaxıstan, Özbəkistan, Rusiya Federasiyası və Macarıstan ölkələrinin 82 müəssisəsi təmsil olunur.
“Zetnet” sərgidə fiber-optik xətlərlə təmin olunan sürətli internet, ev və biznes üçün sərfəli internet paketlərini və İPTV xidmətlərini təqdim edir. Sərgi ziyarətçiləri “Zetnet” stendinə yaxınlaşmaqla əhatə dairəsi ilə tanış ola və GPON texnologiyası ilə istədikləri ünvana yüksək sürətli internet çəkilməsi üçün sorğu verə bilərlər.

“Zetnet” – “kosmik sürət, reaktiv internet” şüarı ilə 24/7 hər bir müştəriyə xüsusi qayğı ilə dəstək göstərməklə, hər bir müştərinin internet tələblərinə uyğun əlavə paketlər də təqdim edir.

Əlavə paketlərə oyun sevənlər üçün “Gamer”, bir neçə qurğudan eyni zamanda istifadə edənlər üçün “Data Port”, müşahidə kameralarını izləyən və s. xidmətlər üçün yararlı olan “Statik İP”, 210 müxtəlif yerli və xarici televiziya kanallarından ibarət “İPTV” və s. daxildir.
“Rebuild Karabakh” sərgisində “Zetnet” internet provayderi 2-ci zal K2508 saylı stenddə təmsil olunur. Bütün sərgi ziyarətçilərini stendimizi ziyarət etməyə dəvət edirik.

“ZETNET” - 2013-cü ildə təsis olunmuş “A2Z Technologies” QSC-nin internet provayder xidmətini təqdim edən brendidir. Yüksək texnologiyaların tətbiqi, proqramlaşdırma, CCTV və kabelləşdirmə, internet xidmətləri və İT həllər təqdim edən “A2Z Technologies” şirkətinin heyəti hazırda 286 nəfərdən çox yerli və xarici mütəxəssislərdən ibarətdir. “Şirkət HPE”, “Dell”, “Microsoft”, “Cisco”, “Aruba”, “Atos” və bir sıra böyük İT korporasiyaların tərəfdaşıdır.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin