O qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında”x9d 23 may 2011-ci il tarixli Fərmanının icrası ilə əlaqədar olaraq görülən tədbirlər nəticəsində Dövlət Sosial Müdafiə Fondu pensiyaçılar, sığortaedənlər və sığortaolunanlar üçün nəzərdə tutulan əsas xidmətləri elektronlaşdırıb. Həminxa0 xidmətlərxa0 vətəndaşlaraxa0 hesabatları elektron formada təqdim etmək, pensiyaxa0 kalkulyatoru vasitəsiləxa0 pensiyasının məbləğixa0 barədə məlumatxa0 almaq, pensiya və müavinətləri avtomatlaşdırılmış qaydada təyin etmək baxımından çox əhəmiyyətlidir. Onlar həmçinin bu xidmətlər vasitəsilə məcburi dövlət sosial sığorta haqlarınıxa0 onlayn ödəmək, sığortaolunanların elektron qaydada uçota alınması, fərdi şəxsi hesablarında əks olunan pensiya kapitalıxa0 barədə məlumatları əldə etmək imkanına malikdir.
xa0Şöbə müdirinin sözlərinə görə, əhaliyə göstərilən elektron xidmətlərdən istifadə imkanlarının artırılması məqsədilə Fondun yerli orqanlarında yardım masaları yaradılıb, müntəzəm olaraq elektron xidmətlərin ayrı-ayrı bölgələrdə təşviqi və onlardan istifadə sahəsində maarifləndirmə xarakterli regional təqdimatlar keçirilib. Göstərilənlərin nəticəsi olaraq Dövlət Sosial Müdafiə Fondunun təqdim etdiyi elektron xidmətlər “Elektron hökumət”x9d portalının statistikasına əsasən ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutub.
E.Məmmədəliyev həmçinin diqqətə çatdırıb ki, bu ilin 9 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun həm öz saytı (www.dsmf.gov.az), həm də “Elektron hökumət”x9d portalı (www.e-gov.az), vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə iki milyona yaxın vətəndaş yararlanıb ki, bu da ümumi vətəndaş müraciətlərininxa0 azalmasında və şəffaflığın daha da artmasında öz rolunu oynayıb.





























































































