İtaliyada küçədə gecələyən azərbaycanlı qızlar... - FOTOLAR

Hazırda oxunan: İtaliyada küçədə gecələyən azərbaycanlı qızlar... - FOTOLAR

100252

Nuranə Dünyamalıyevanın 24 yaşı var və DillÓ™r Universitetinin ingilis dili fakültÓ™sini bitirib. O, səyahəti çox sevir və 4-cü kursu İtaliya universitetlərindən birində oxuması ona maraqlı səfər macəraları yaşadıb. Başına gələn hadisələr, gördükləri haqqında bloqunda yazılar yazan Nuranə artıq ətrafına öz maraq auditoriyasını da toplaya bilib. Milan-Verona-Lago di Garda-Eindhoven-Utrex-Amsterdam səyahətinin onun üçün unudulmaz olduğunu bildirən gənc xanım başına gələn macəralardan bəzilərini “Qafqazinfo”x9dnun “Azərbaycanlıların səyahət macəraları”x9d layihəsi üçün qısa nəql edib.


Nuranənin qorxulu, yorğun, bir o qədər də maraqlı səyahət macərası:

Qızlarla xəritə ətrafına yığışıb qış tÓ™tili üçün plan hazırlayaq dedik. Hara gedÓ™k, neyləyÓ™k deyə çox baş yorandan sonra axırda belə bir yol trayektoriyası cızdıq: Milan-Verona-Milan-Eindhoven-Utrex-Amsterdam. Başımıza gələnlərdən sonra hələ də "Norveç" deyən qız ağlıma gələndə az qalıram dəli olum. Nə isə, bu hadisə də həyatımıza bir maraq qatdı deyib keçirəm macəramıza. Biz Viterboda yaşayırdıq deyÓ™ Romaya gedib başqa ölkÓ™yÓ™ ordan uçurduq. Bu dÓ™fÓ™ dedik ki, günorta gedÓ™k, sÓ™hÓ™rÓ™ kimi Romanı gÓ™zÓ™rik, sÓ™hÓ™r 6-da da oradan Milana uçarıq. Deməz olaydıq”¦

Dumanlı hava, küçə boyu içkili bomjlar, dağlar arxasında titrəyən üç qız...

XülasÓ™, ağır çantalarla Roma yollarına düşdük. Axşama kimi şəhəri yaxşıca gəzdik. Bir də baxdıq ki, ətrafda elə də insan gözə dəymir və 3 qız gəzə-gəzə gəlib çıxmışıq dağın başındakı qəsəbəyə. Varlı qÓ™sÓ™bədir, hÓ™r tÓ™rÓ™f villalar, ancaq bir Allahın qulunun evinin işığı yanmır ki, insan yaşayır deyə bilək. Hava da dəhşət soyuq, iti bağlasan çöldÓ™ qalmaz. Bir biz varıq, bir də hər küçənin daldasında əlində butulkayla oturub altdan-altdan bizə baxan içkili bomjlar. Nə qədər geyinmiş olsaq da, yenə dişlərimiz bir-birinə dəyir. Dekabr ayı, hava da dəhşət dumanlı. Getdiyimiz yolu güclə görürük, 2 addım qarşıda bizi nə gözlədiyindən xəbərimiz yoxdur. Di gÓ™l ki, qorxmuruq. Duman get-gedÓ™ çoxalır, bir- birimizdÓ™n tuta-tuta kor kimi gÓ™zirik.

Bir dÓ™ gÓ™lib çıxmışıq hara? QÓ™biristanlığa.

Bayaqdan bir-birimizə qorxduğumuzu bəlli etməsək də, ətrafdakı xaçları görüb bu dəfə qorxudan titrəməyə başladıq. Saat da 4. Həmişə Romanın bildiyimiz küçələrində gəzirdik, bu dÓ™fÓ™ dedik başqa yerlər də kÓ™şf edÓ™k. XÓ™ritÓ™siz ayaqlarımız haraya getsə, biz də oraya gedÓ™k. Ayaqlarımız da bizi apara-apara qÓ™biristanlığa apardı. HÓ™r tÓ™rÓ™fdÓ™ xaç. KülÓ™yin sÓ™si, ciyildÓ™yÓ™n qapı pÓ™ncÓ™rÓ™, hürÓ™n itlÓ™r. Nə edəcəyimizi bilmədik, bir o yadıma gəlir ki, yerdə oturub banan yeyirdik. Özümüzə bir az toxdaqlıq verib yola düzəldik. Gördük ki, uzaqdan Roma Termininin işıqları görünür, bu zaman qurtulduq deyə sevinməyə başladıq (Roma Termini Romanın ən böyük qatar terminalıdır. Havalimanına gedÓ™n avtobuslar buradan çıxır). Dedik gedÓ™k terminiyÓ™, vağzalda oturub qÓ™hvÓ™ içib isinÓ™k. GÓ™ldik ki, bura da bağlıdır, hələ bir saata açılacaq. Həm soyuq, həm də aclıq bizi tamam keyitmişdi.
Necə qorxmuşamsa, orada dilək ağacına asdığım arzum hələ də gerçəkləşməyib...

Vağzalın çölündÓ™ şam ağacları qurulmuşdu. Onlarda adÓ™tdir, ağaclara arzunu yazıb asırsan. Qızlara dedim ki, gözləyin bir arzu yazıb asım, ürÓ™yimdÓ™ qalmasın. Arzumu ağacdan asıb arxaya çöndüm ki, qızlar yoxdur. Bir anda yerimdəcə dondum. Dilimin altında deyinirdim, qışqırmaq istədim, qorxudan səsim də çıxmadı. Bir də gördüm ki, uzaqdan Ó™l edirlÓ™r, sakitlÓ™şdim. Bomjların yanından qorxa-qorxa ötüb qızlara yaxınlaşdım. Terminin önündÓ™ heykÓ™l var, ora oturub vağzalın açılmağın gözlÓ™dik. Nəhayət, saat 6-da açıldı. Artıq 24 saata yaxın olardı ki, biz yatmırdıq. Avtobusumuz gÓ™lÓ™nÓ™ kimi orda oturub kofe içdik. Sonra da Milan tÓ™yyarÓ™sinÓ™ minib getdik.

Səyahətin bir günü də yataraq keçdi

Sonra Milana çatdıq. Milan da hÓ™mişÓ™ki kimi yağışlı idi. Yuxusuz, yorğun halda hostelÓ™ doğru yol aldıq. HostelÓ™ çatanda mÓ™lum oldu ki, dostumuz hosteli dekabr ayına yox, yanlışlıqla noyabr üçün tutub. HÓ™m depozit pulumuz getdi, hÓ™m dÓ™ bu yuxusuz halımızla yağışlı havada çöldÓ™ qalmışdıq. Çox axtardıq, araşdırdıq amma qalacaq başqa bir yer tapa bilmədik. YenidÓ™n ilk hostelÓ™ qayıtdıq. Yer vardı, amma Ó™vvÓ™lcÓ™dÓ™n rezervasiya etmÓ™mişdik deyÓ™ bir xeyli bahaydı. Ó˜limiz Ó™sÓ™-Ó™sÓ™ o pulu çıxardıb verdik, ən azından çöldÓ™ qalmaqdan yaxşıdır. Hamımız bir otağa sığışıb 1-2 saatlıq yataq, sonra gəzməyə çıxarıq dedik. Nə 1-2 saat, oyananda başqa bir günün səhəri açılmışdı. Yorğun olduğumuzdan düz 24 saat ac-susuz yatmışıq. 47 kiloluq bÓ™dÓ™nimi artıq daşıya bilmədiyimi hiss etdim. Tez yaxşı bir səhər yeməyi yeyib düşdük Milan küçələrinin canına...

Lütfkarlığın arxasındakı 10 avro məsum sevincimizi yarımçıq qoydu

DemÓ™li, Duomonun qarşısına tÓ™rÓ™f irÓ™lilÓ™yib ağzıaçıq halda ətrafa baxırdım ki, birinin əlimə dən verib şəkillərimi çəkməyə başladı. Bir tərəfdən göyərçinlər, bir tərəfdən şakhaşak şəkillərim çəkilir, fikirləşdim ki, nə yaxşı adamdır, babat şÓ™killÓ™rim olacaq. KÓ™narda da digər qızların şəkillərini çəkirdilər. Sonra dÓ™n bitÓ™ndÓ™ xirtdəyimizdən yapışdılar ki, hərəniz 10 avro verməlisiz. Dedik Ó™l çÓ™kin, üçümüzÓ™ 10 avro veririk. Girdik Duomoya. Soyuq havanı bir az olsun canımızdan çıxarmaq üçün kilsÓ™dÓ™ oturduq. HÓ™min vaxt da Milad bayramı ilÓ™ Ó™laqÓ™dar olaraq ainlər oxunurdu. MÓ™nÓ™ dÓ™ maraqlı gÓ™ldi, başladım videoya çÓ™kmÓ™yÓ™. Sonra tez bir işçi yaxınlaşdı ki, burada çəkiliş olmaz. Bizi də kilsədən qovdular. Onsuz da bir gününü yataraq keçirdiyimiz Milanda bir gün gəzib yollandıq yeni macəralar üçün Veronaya”¦

Günel Hacı

İtaliyada küçədə gecələyən azərbaycanlı qızlar... -  Fotolar
İtaliyada küçədə gecələyən azərbaycanlı qızlar... -  Fotolar
İtaliyada küçədə gecələyən azərbaycanlı qızlar... -  Fotolar

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin